Ukrayna böhranı: Atəşkəs rejimi artilleriya zərbələrilə pozulur

Şəklin mənbəyi, AFP
Donetsk aeroportu yaxınlığındakı ərazinin atəşə tutulması və Mariupol şəhərinə hücum cümə günü elan olunmuş atəşkəsə təhlükə yaradıb.
Şənbə günü tərəflər xırda insidentlərin xaricində atəşkəsə əsasən əməl olunduğunu bildiriblər.
Bazar günü erkən saatlarında üsyançıların istehkamı sayılan Donetsk şəhəri həndəvələrində güclü partlayış səsləri eşidilib.
Bundan əvvəl isə Mariupol şəhərindəki Ukrayna ordusunun mövqeləri artilleriya atəşinə tutulub.
Atəşkəsin elan olunmasından öncə separatçılar həm Donetsk həm də ki, Krıma yol açan strateji əhəmiyyətə malik Mariupol istiqamətində üstünlüyə malik idilər.
Atəşkəs protokolunda Ukraynanın ərazi bütövlüyü qeyd olunsa da, sənəd altında imza atan separtçılar sazişi müvəqqəti tədbir adlandıraraq müstəqillikdən imtina etmədiklərini deyirlər.

Şəklin mənbəyi, BBC World Service
Bu arada Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyirlər.
Qərb Rusiyanı şərqi Ukraynada üsyançıları dəstəkləmək üçün silah və qoşun göndərməkdə suçlayır, Moskva isə bu ittihamları rədd edir.
























