NASA kosmonavtları 50 ildən sonra ilk dəfə Aya uçur

Aya səyahət

Şəklin mənbəyi, NASA

Oxuma vaxtı: 1 dəq

NASA 50 ildən sonra ilk dəfə Ay ətrafına ekipaj göndərib.

Missiya Bakı vaxtilə aprelin 2-nə keçən gecə kosmosa qalxıb.

10 günlük nəzərdə tutulan, "Artemis II" adlı missiyasının heyəti Aya enməyəcək, ancaq kosmosda əvvəl heç kimin görmədiyi qədər uzağa uçaraq, Ay ətrafında dövrə vurmağı planlaşdırır.

Missiyada dörd astronavt - Reid Wiseman,  Victor Glover, Christina Koch və Jeremy Hansen iştirak edir.

Şəklin mənbəyi, NASA

Şəklin alt yazısı, Artemis II heyəti: solda Christina Koch, arxada Victor Glover (pilot), öndə Reid Wiseman (kapitan, sağda Jeremy Hansen

Missiyada dörd astronavt - Reid Wiseman, Victor Glover, Christina Koch və Jeremy Hansen iştirak edir.

Onlar bütün bunları mikroavtobus böyüklüyündə bir kapsulda həyata keçirəcəklər.

Bu missiya yaxın illərdə Ay səthinə insan enişi üçün zəmin yaratmağı hədəfləyir.