"Novorossiya" atəşkəsin pozulacağını öncədən necə bilib?

Şəklin mənbəyi, NSN

Minskdə atəşkəs barədə razılaşmanın imzalanmasından sonra “Novorossiya”nın Moskvadakı informasiya mərkəzi “Ukrayna ordusu atəşin dayandırılması barədə Poroşenkonun əmrini niyə yerinə yetirmir?” mövzusunda mətbuat konfransı çağırıb.

Elan atəşkəsin qüvvəyə minməsindən cəmi bir neçə dəqiqə keçmiş yayımlanıb.

“Hələ ki atəş dayandırılmayıb, sadəcə olaraq rəsmi razılaşma mövcuddur. Onun bundan sonra təsdiqlənəcəyi heç kəsə məlum deyil. Ola bilsin ki, sabahadək atəş tam dayandırılacaq və bizdə anonsu dəyişdirəcəyik”, - BBC-nin “Atəşkəsə əməl edilməyəcəyini öncədən necə bilmək olar”? sualına cavab verən mətbuat konfransının təşkilatçılarından Oleq Tsurikov deyib.

Cənab Tsurikov annonsun atəşkəs razılaşmasının imzalanmasından öncə hazırlandığını təsdiqləyib.

Daha sonra mətbuat konfransının mövzusu ilə bağlı ilk sual bir qədər dəyişdirilərək “Ukrayna ordusu Poroşenkonun atəşkəs barədə əmrini necə yerinə yetirir?” şəklinə gətirilib.

Müstəqilliklərini elan etmiş Donetsk və Luhansk may ayında vahid “Novorossiya” dövləti tərkibində birləşdiklərini bəyan ediblər.