Ukrayna ilə rusiyapərəst üsyançılar atəşkəs razılığını imzalayıb

Şəklin mənbəyi, AP
Ukrayna hökuməti və rusiyapərəst üsyançılar Minskdə görüşərək beş aydır davam edən döyüşlərə son qoymaq üçün atəşkəs protokolunu imzalayıblar.
İki tərəf Bakı vaxtı ilə 20:00-da atəşi kəsməyə razılaşıblar.
Prezident Petro Poroşenko deyib ki, o, qırğına son qoymaq üçün "əlindən gələn hər şeyi" etməyə hazırdır.
Üsyançılar deyiblər ki, atəşkəs onların Ukraynadan ayrılmaq təbliğatı barədə siyasətini dəyişmir.
Üsyançılar şərqdəki şəhərlərə hücum edəndən sonra 2600-dən çox adam həlak olub.
Onların hücumuna cavab olaraq Ukrayna əsgərləri şəhərləri geri qaytarmaq üçün hərbi əməliyyat keçirib.
Bu bəyanatdan öncə Ukraynada yeni toqquşmaların olmasına dair məlumatlar yayılıb.
Bu arada Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyirlər.
Qərb Rusiyanı şərqi Ukraynada üsyançıları dəstəkləmək üçün sulah və qoşun göndərməkdə ittiham edir, Moskva isə bu ittihamları rədd edir.
























