Ruhani: neftin kəskin ucuzlaşması qəsddir

Şəklin mənbəyi, AFP

İran prezidenti neft qiymətlərinin kəskin şəkildə düşməsini "siyasi qəsd" adlandırıb.

Həsən Ruhani deyib ki, neft bazarlarında baş verənlər Yaxın Şərq və bütövlükdə İslam dünyası əleyhinə yönələn addımdır.

BBC müxbiri xəbər verir ki, dünya bazarlarında neftin ucuzlaşması nəticəsində enerjidaşıyıcıları ixracından asılı olan İran iqtisadiyyatına ziyan dəyib.

Tehran, qiymətləri qaldırmaq üçün OPEK təşkilatından hasilatın azalmasını tələb edir.