Opec neft istehsalını azaltmadı, neftin qiyməti daha da azaldı

OPEC
Şəklin alt yazısı, OPEC ölkələri neftin ucuzlaşmasından narahatdırlar

Opec neft ixrac edən ölkələr birliyi Avstriya paytaxtı Vyanada keçirilən iclasında neft istehsalını azaltmamaq qərarına gəlib. Bu qərar neftin dünyada qiymətlərinin daha da enməsinə səbəb olub.

Opecin baş katibi Abdallah Salem el-Badri deyib ki, istehsalı azaldaraq qiymətləri qaldırmaq fikrində deyillər.

"Qiymətlər enir. Bu o demək deyil ki, tələsərək nə isə etməliyik", o deyib.

Opec-in qərarı ilə bağlı bəyanatdan sonra Brent markalı neftin qiyməti daha da enərək bir barel üçün 73 dollara çatıb.

Opec ölkələri 2011-ci ilin dekabrında razılaşdırdıqları kimi bir gündə 30 milyon barel neft istehsal etməkdə davam edəcəklərini bildiriblər.