Rublun ucuzlaşması rusiyalıları mağazalara cəlb edir

Dollar və avroya nisbətdə milli valyutanı sabit saxlamaq cəhdlərindən imtina edən Rusiya Mərkəzi Bankı rublun məzənnəsini sərbəst buraxıb.

Rəsmilərə əsasən, zəifləyən rubl adi adamların həyatına təsir göstərməyəcək.

Lakin bu fikrə şərik çıxmayan istehlakçılar artıq dəyərini 30 faiz itirmiş rubl saxlanclarını xərcləməyə tələsirlər. Nəticədə mənzillərdən tutmuş avtomobil və bahalı məişət texnikasınadək mallara tələbat artmaqdadır.

Rusiyadakı istehlakçı bazarında vəziyyəti BBC müxbiri Oleq Boldırev araşdırıb.