“Rusiya mallarını al” - embarqo əleyhinə kampaniya

Moskvada adını “Oyster Bar”dan, “No Oyster Bar”-a dəyişdirən restoran üzərində lövhə.
Şəklin alt yazısı, Moskvada adını “Oyster Bar”dan, “No Oyster Bar”-a dəyişdirən restoran üzərində lövhə.

Açılış günündən bir il keçmiş populyar Gorky Park restoranı öz imicini kökündən dəyişməyə məcbur olub.

Rusiyanı Ukraynadakı böhrana görə suçlayan ölkələrə qarşı tətbiq edilmiş idxal qadağasından sonra yoxa çıxan ərzaq malları arasında ləzzətli dəniz məmulatları da var.

"Biz qonaqlara ilbizin Rusiyada istehsal edilmiş ət və balıqla əvəzləndiyini izah etməliyik”, - İlya Soxin restoranındakı yeni, daha sadə menyusunu göstərərək deyir.

Vaxtilə cənab Soxinin dəbdəbəli restoranına birbaşa Parisdən çatdırılan ilbiz və başqa dəniz məmulatlarının yerini hamburqer, borş və blinı tutub.

"Biz məsələni zarafata çevirərək restoranın adını “Oyster Bar”dan, “No Oyster Bar”-a dəyişdirdik”, - idxal qadağanın biznesinə təsirini etiraf edən cənab Soxin bildirir. “Biz tamamilə yanaşmanı dəyişməli olduq”.

Moskva mağazasında müxtəlif ət növləri satılır.
Şəklin alt yazısı, Moskva mağazasında müxtəlif ət növləri satılır.

Rusiya iqtisadiyyatının aparıcı sektorlarını hədəfləyən Qərb sanksiyaları Moskvanı Ukraynadakı üsyançılara dəstəkdən çəkindirmək məqsədilə qəbul edilmişdir. Lakin Rusiya sanksiyalara Qərbdə istehsal olunmuş ərzaq mallarına idxal qadağası ilə cavab verdi.

Bu cavab sanksiyalarının təsirini genişlənməkdə olan Rusiya orta sinifi də hiss etdi.

Beləki, onların aldıqları quru Serrano donuz əti və Parmezan pendiri kimi ləziz ərzaq növləri mağazalardan yoxa çıxdı.

İdxal qadağalarından sonra “Evrasia” suşi restoranlar şəbəkəsi balığın bahalaşması ilə bağlı ölkə boyu 15 bölməsini bağlamalı olub.

Murmanskda isə qadağa idxalına görə Norveçdən aldığı maldan məhrum edilən balıq emalı üzrə şirkət hökuməti məhkəmə iddiası ilə hədələyib.

Dözümlü istehlakçılar

Lakin idxal yasaqlarının geniş fəsadları nəzərə çarpmır.

Əksinə, bu həftə dərc edilən rəy sorğularından birinə əsasən rusların əksəriyyəti sanksiyaların iqtisadi artıma zəmin yaradacağını düşünür. Sorğu iştirakçılarının beşdə ikisi isə, ehtiyac olarsa, iqxal sanksiyalarının genişlənməsinə etiraz etməyəcəklərini deyiblər.

Bu yanaşma ərzaq rəflərindəki əvvəlki bolluğun qalması izah olunur. Sanksiyalar nəticəsində ərzaq mallarının miqdarı yox keyfiyyəti dəyişib.

"Stavropolun sanksiyalara cavabı", - mağaza rəfindəki elanda deyilir.
Şəklin alt yazısı, "Stavropolun sanksiyalara cavabı", - mağaza rəfindəki elanda deyilir.

Moskva mərkəzindəki mağazalardan birində Edam, Gouda və Ricotta markalı pendirlərə rast gəlmək olar. Lakin onların çoxu xaricdə yox Rusiyada istehsal olunub. Yerli istehsalı olmayan ərzaq növləri isə sanksiya zonasından kənardakı ölkələrdən gətirilir.

“70 il ərzində daha çətin duruma tab gətirən adamlar bunları rahat qəbul edir”, - vəziyyəti sovet vaxtları ilə müqayisə edən Vladimir adlı alıcılardan biri deyir.

Rusiyalıların dözümlülüyü dövlət televiziyasının aramsız təbliğatı ilə dəstəklənir: milyonlarla evlərə çatdırılan messaja əsasən sanksiyalar yerli istehsalçıları xarici idxalın tutduğu bazara qaytarmaq üçün bir fürsətdir.

Daxili tələbat

Lakin daxili bazardakı tələbatı yerli istehsal hesabına ödəmək o qədər də asan vəzifə deyil.

"1991-ci ildə 4 milyon baş iri buynuzlu mal-qaranın sayı 1.5 milyonadək azalıb, - Rusiyada doğulmuş maldarçılıq üzrə fermer Matharu Singh deyir.

Onun sözlərinə görə siyasi iradədən asılı olmayaraq daxili ət istehsalını qısa müddət ərzində artırmaq mümkün deyil.

Rusiya Süd Məmulatları Assosiasiyanın prezidenti Andrey Danilenko yerli istehsalın artırılması üçün hökumətin nə kimi addımlar atacağını sual edir.

Cənab Danilenko öhdəliklərin yerinə yetirilməməsi, yüksək faizlər və məhdudlaşdırıcı qanunvericilikdən şikayət edir: "Elə istehsalçılar var ki, iki il və daha artıq müddət ərzində subsidiyalar almayıblar. İstehsalçılar hazırda yalnız hesablarındakı nağd pula inanırlar”.

"Pendir - pendirdir. Nə fərqi var ki!”- Rusiyada istehsal edilmiş mozzarella pendirini ağzına atarkən patriotik çalarlara malik kənd təsərrüfatı yarmarkasına baş çəkənlərdən biri deyir.

"Zənnimcə Rusiya idxalı əvəzləyə bilər. Rusiya buna qadir olan böyük ölkədir”, - Anna deyir.

Şübhəsiz ki, bu rusiyalıların hər gün eşitdikləri messajdır. Belə görünür ki, hazırkı siyasi iqlimdə bir çox adam milli maraqlar naminə məhdudiyyətlərə tab gətirməyə hazırdı.