Rusiyada mağazalar boşalır, qiymətlər qalxır

Şəklin mənbəyi, BBC World Service
Qərb ərzaq məhsuluna Rusiyanın tətbiq etdiyi embarqodan sonra Moskva ərzaq dükanlarında qiymətlər 6 faiz bahalaşıb.
Moskva rəsmilərinə görə, embarqo avqustun 7-də qüvvəyə mindikdən sonra balığın qiyməti 6%, süd 5.3%, pendir 4.4% bahalaşıb.
Qərb sanksiyalarına cavab olaraq Rusiya, ət də daxil bu ərzaq növlərinin idxalını qadağa edib.
Saxalin rəsmilərinin sözlərinə görə, burada toyuq budunun qiyməti 60% qalxıb, halbuki sanksiyalardan əvvəl Rusiyada həmin məhsul ən ucuz ət növü sayılırdı.
Qonşu Primorye bölgəsində isə balığın qiyməti 40% artıb.

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service
Yeni təchizatçı axtarışında
Rusiya social şəbəkələrində artıq Moskva supermarketlərindəki boş rəflərin fotoları yayılmaqdadır.
Bu hal Moskva marketlərinin əksəriyyəti üçün heç də xaraketrik deyil, rəsmilərin təbirincə, sanksiyalardan əvvəl idxal edilmiş ərzaq ehtiyatı azı 1 aya bəs etməlidir.
Həmin müddət ərzində Avropa mallarının Braziliya, Argentina, Türkiyə və Misir məhsulu ilə əvəzlənəcəyinə ümid edilir.
Lakin bəzi ekspertlər yeni təchizatçların qiymət bahalaşmasının qarşısını ala biləcəyinə şübhə ilə yanaşırlar.
"Sentyabr ayı üçün Braziliya ətinin qiyməti avqust ayına nisbətən artıq 20-30% qalxıb, qiymətlərin ümumi bahalaşması baş verir", Rusiya Ət Təşhizatçıları Assosiyasının başçısı Sergei Yuşin Vedomosti qəzetinə bildirib.
Sorğulara görə, rusiyalıların əksəriyyəti Qərb ərzağına qarşı embarqonu dəstəkləyir.
Hökümət rəsmiləri embarqonun qiymətlərə təsir etməyəcəyini və nəticədə Rusiya kənd təssərüfatının inkişaf edəcəyini əhaliyə vəd edirlər.

Şəklin mənbəyi, BBC World Service
Sovet dövrünün bənzəri
Rusiya rəsmiləri ərzaq qiymətlərinə nəzarət ediləcəyini və vəziyyətdən qeyri-qanuni yollarla faydalanmağa çalışanların cəzalandırılacağını vurğulayırlar.
Artıq Sovet dövrünün "spekulyant" ("alverçi") sözü də rusiyalıların leksikonuna yenidən qayıdıb.
Rusiyada bəzi lidberal iqtisadçılar ərzaq məhsullarına dövlət nəzarətinin bərpa ediləcəyi halda Sövet dövrünə xas ərzaq qıtlığının yenidən başalaya biləcəyini proqnozlaşdırır.
Moskvada ərzaqın qiyməti Londondakı qiymətləri artıq üstələyib.
Geniş yayılmış stereotiplərə əks olaraq, Moskva Rusiyanın heç də ən bahalı region deyil. Misal üçün Sibir və Uzaq Şərqin bəzi bölgələrində maaşlar Moskvadan aşağı olduğu halda, ərzağın qiyməti Moskvadan bahadır.
Ukraynadan donuz ətinə, Polşadan almalar isə embarqo hələ avustun 7-dən əvvəl qüvvəyə minmişdi.
Nəticədə bugün Moskvada kilosu 9 dollardan ucuz olan donuz əti tapmaq, demək olar ki, mümkünsüzdür.
Süd həyacanı
"Təchizat kəsilib, tələbat əvvəlki səviyyədə qalanda qiymət artımı qaçılmazıdr”, rusiyalı liberal iqtisadçı İqor Nikolayev bloqunda yazıb.
Bir çox təhlilçilərə görə embarqonun mənfi təsiri ilk növbədə Rusiyanın süd bazarında özünü göstərməlidir.
"Süd qıtlığı müşahidə edilir. Kəsir süd tozu ilə doldurulur, lakin bu məhsul da Avropadan, Baltik ölkələrindən idxal olunurdu," kənd təssərrüfatı eksperti Yelena Tyurina BBC-ə bildirib.
Rusiya ərzaq embarqosu alkohol içki, uşaq qidası, kofe, zeytun yağı, ev heyvanı üçün yem kimi məhsullara şamil edilməyib.
Öz növbəsində Qərb Rusiyaya qarşı sanksiya tətbiq etməklə ilk növbədə bu ölkənin rəsmilərini və iqtisadiyyatın aparıcı sektorlarını hədəfə alıb.
Krımın ilhaqından sonra qüvvəyə minən Qərbin sanksiyaları Rusiya şərqi Ukraynada separatçılara yardım göstərməkdə ittiham olunduqdan sonra daha da sərtləşdirilib.
























