Sual-cavab: Sanksiyalar Rusiya elitasına zərər verirmi?

Şəklin mənbəyi, AFP Getty
Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının hüdudu varmı?
Avropa İttifaqı Rusiyaya qarşı onun Ukrayna separatçılarını dəstəkləməsi ilə bağlı daha sərt sanksiyalara hazırlaşır.
Qərb bu separatçıları Malayziyaya məxsus sərnişin təyyarəsini vurub-salmaqda ittiham edir.
Qərb indiyədək həm də "sanksiyaların üçüncü mərhələsi" kimi tanınan və Rusiya iqtisadiyyatının bütün sahələrini hədəfləyəcək "sahə sanksiyalarından" çəkinib. Bu sanksiyaların nəticəsində Rusiya üçün həyati əhəmiyyət daşıyan enerji sektoru Qərb patnyorları ilə yenə də əməkdaşlıq edə biləcəklər, lakin onlar üçün Qərbdən kreditlər almaq çox çətin olacaq.
Aİ sanksiyaları nə dərəcədə geniş olacaq?
Aİ mülkiyyətlərinə həbs qoyulmuş və Avropaya səfərləri qadağan edilmiş Rusiya rəsmilərinin, biznesmenlərinin və vahidlərinin siyahısını genişləndirməyi planlaşdırır.
Bu sanksiyalar "Ukraynanın suverenliyinin, ərazi bütövlüyü və müstəqiliyinin əleyhinə yönəlmiş hərəkətlərə maddi və ya maliyyə dəstəyi verənləri" hədəfləməlidir.
Siyahı iyulun sonunda açıqlanacaq. Bu o deməkdir ki, Avropa da ABŞ kimi Prezident Vladimir Putinin yaxın çevrəsindəki şəxs və şirkətləri hədəfləmək yolunu tutur.
Bundan əvvəl Aİ-nin sanksiyaları Krımın ilhaqı ilə və Ukraynanın şərqindəki separatçılarla birbaşa əlaqəli olan fərdləri və ya bir ovuc vahidləri hədəfləyirdi.
Bu sanksiyaların şamil edildiyi ən böyük fiqur Kreml administrasiyası rəhbərinin müavini Vyaçeslav Volodin idi. Onun adı həm də ABŞ-ın siyahısında var. İndi isə bir sıra vəzifəli Rusiya generalları da Avropanın sanksiyalar siyahısına əlavə ediliblər.
Aİ həmçinin Rusiyaya qarşı silah embarqosu qoyulmasının mümkünlüyü məsələsini müzakirə edir. Bu istiqamətdə əsas təzyiqi Birləşmiş Krallığın baş naziri David Cameron göstərir.
Fransanın Rusiyaya Mistral helicopter daşıyan gəmilərinin satışı planı ciddi tənqid olunur. İyulun 21-də Fransa bildirib ki, Moskvanın Ukraynadakı davranışından asılı olaraq ikinci döyüş gəmisinin ruslara verilməsini dayandıra bilər.
Bəs ABŞ nə edib?
ABŞ sanksiyaları prezident Putinə çox yaxın qüdrətli şəxsləri – Rusiyanın bəzi çox zəngin adamlarını hədəfləyir.

Şəklin mənbəyi, AFP
Onların arasında sənaye xammalı ticarəti ilə məşğul olan Gunvor şirkətinin təsisçisi Gennady Timchenko da var. O, həçminin Rusiyanın ikinci qaz nəhəngi Novatek şirkəti də daxil olmaqla enerji, nəqliyyat, infrastruktur sahələrində investisiya payı və səhmləri olan Volga qrupunun rəhbəridir.
İqor Seçinin də adı bu siyahıdadır. O, Putinin "siloviklər" qrupu üzrə uzun müddətdən bəri müttəfiqi və keçmiş kəşfiyyat zabitidir.
Cənab Seçin dövlətin mülkiyyətində olan Rosneft neft şirkətinin sədridir. Bu şirkət ExxonMobil və BP ilə əməkdaşlıq edir.
Ötən həftə ABŞ Rusiya biznesmenlərinin siyahısını genişləndirərək buraya Rosneft, Novatek və Gazpromun bir hissəsi olan Gazprombankdan olan şəxsləri də əlavə edib.
Rsuiyanın sovet zəmanəsindən qalmış Vneşekenombankı da bu siyahıdadır.
Məşhur Kalaşnikov firması da bu siyahıya daxil edilib.
Bu tədbirlər doğrudan da Rusiya iqtisadiyyatına ziyan vururmu?
Sanksiyalar cənab Putinə və onun siyasətdəki və biznesdəki qüdrətli müttəfiqlərinə ciddi mesaj göndərir.
Bu siyahıda adları olan banklar və enerji şirkətləri üçün ABŞ-ın kapital bazarlarına giriş son dərəcə çətin olacaq.
Qərbə səfərlərə qoyulmuş qadağanlar da cənab Putinin varlı və geniş əlaqələrə malik dostlarını hədəfləyir, hərçənd onlar daşınmaz mülkiyyətin dondurulmasından daha az ziyan görürlər.
London Rusiyanın biznes elitasının populyar qovşaqlarından biridir. Onların bir çoxunun bu şəhərdə bahalı mülkləri var.
Avropa ABŞ-la müqayisədə Rusiya ilə daha geniş əlaqələrə malikdir və buna görə də Avropa sanksiyalarının zəifliyi bütövlükdə Moskvaya qarşı sanksiyaları zəif salır.
Amma müşahidəçilər deyirlər ki, sanksiyalar artıq tənəzzül edən Rusiya iqtisadiyyatına daha da böyük zərbə ola bilər. Rusiya illərdir ki, neft gəlirlərinə görə iqtisadiyyatda inkişaf görüb, amma hazırda birbaşa sərməyə qoyan azdır, kapital isə sürətlə ölkəni tərk edir.
Bu il ərzində indiyədək ölkədən 75 milyard dollar çıxarılıb, bu isə ötən ilə nisbətən çox böyük rəqəmdir.
Rusiya tənəzzülə yaxınlaşır. Ötən il iqtisadiyyatda cəmi 1,3 faiz inkişaf müşahidə olunub, aprel-iyun arasında isə inkişaf heç olmayıb.
Pisləşən biznes əlaqələrinə görə Aİ nə itirə bilər?
Bəzi Aİ ölkələri sanksiyaların təsirini digərlərindən çox hiss edəcək. Son onillik ərzində Rusiya Qərb malları üçün mühüm bazara çevrilib.
Görünür ki, sanksiyaları genişləndirməyə gəldikdə Almaniya xüsusi çətinlik çəkir. Bu, təəccüblü deyil - 2013-cü ildə Aİ-də Rusiyaya ən çox idxal edən ölkə Almaniya olub. Almaniyanın Rusiyaya idxalının məbləği 51 milyard dollar olub.
Bundan savayı Almaniya neft və qazının 30 faizini Rusiyadan alır. Niderland və İtaliya həmçinin Rusiya enerjisindən çox asılıdırlar. Keçmiş Sovet ölkələrinin bəziləri isə enerji tələbatlarının hamısını Rusiyadan alırlar.
2012-ci ildə dəyəri 270 milyard avro olan Aİ-Rusiya ticarəti ABŞ-Rusiya ticarətindən qat-qat böyükdür.
























