Joe Biden: ABŞ Rusiya üçün yeni sanksiyalar hazırlayır

Joe Biden

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Joe Biden Rusiyaya qarşı yeni sanksiyaların hazırlandığı xəbərini verib

ABŞ vitse-prezidenti Jo Biden bəyan edib ki, Amerika “Böyük səkkizliyin” digər üzvləri ilə birgə Rusiya Ukraynanın cənub-şərqində münaqişənin həlli üçün addımlar atmadığı halda ona qarşı yeni iqtisadi sanksiyaları tətbiqi üzərində işləyir.

Bu barədə Biden Ukrayna prezidenti Petro Poroshenko ilə telefon danışında məlumat verib.

Vitse-prezidentin sözlərinə görə, yeni sanksiyalar rəsmi Moskva Ukraynanın şərqinə silah ötürməyi və döyüşçülərin sərhəddən keçməsini dayandırmadığı halda tətbiq ediləcək.

Həmçinin Ağ Ev Moskvanın öz nüfuzundan istifadə edərək ictimai şəkildə “separatistləri silahı yerə qoymağa” çağıracağını gözləyir.

Poroshenko öz növbəsində Bideni Rusiyanın dəstəklədiyi separatistlərin atəşin dayandırılması haqda elandan sonra artilleriya atışması da daxil olmaqla Ukrayna ordusuna hücumu davam etdirdiyi haqda məlumatlandırıb.

Poroshenkonun mətbuat xidmətinin məlumatına görə, Ukrayna prezidenti həmçinin ABŞ vitse prezidentinə separatistlər tərəfindən, xüsusilə Ukrayna hərbiçilərinin mövqelərinin vurulması kimi on dəfə atəşkəs rejimin pozulması halları haqda bildirib.

Cümə günü Petro Poroshenko barışıq haqda elan verərək deyib ki, silahlı qüvvələr separatistlərə silahı yerə qoymaq imkanı vermək üçün ölkənin cənub-şərqində bir həftəlik birtərəfli əməliyyatları dayandırır.

İyunun 20-də qüvvəyə minən barışıq iyunun 27-nə qədər davam edəcək.

Bununla belə Ukrayna prezidenti aydınlaşdırdığı kimi Ukraynalı hərbiçilər separatistlər tərəfindən hücumlara cavab vermək haqqını özlərində saxlayıblar.

Rusiya prezidenti Vladimir Putin atəşkəsin elan olunması haqda qərarı alqışlayaraq qeyd edib ki, “praktiki fəaliyyətsiz və danışıqlar prosesinə yönəlik təklif olunan plan həyatverici və real olmayacaq”.

ABŞ vitse-prezidenti Amerikanın Ukraynadakı vəziyyətin inkişafını diqqətlə izlədiyini vurğulayıb.

Ötən həftə Poroshenko ilə telefon danışığında Baiden onu əmin edib ki, ABŞ müttəfiqləri ilə Rusiya hakimiyyəti separatistləri dayandırmaq üçün öz nüfuzundan istifadə etməsə, “ödəməli olduğu qiyməti”n artırılması üzərində işləyəcək.

Şənbə günü ABŞ administrasiyası Ukraynanın şərqində separatistlərin liderləri üçün sanksiyalar tətbiq edib. Onların hesabları dondurulub, amerika əməkdaşlarına və şirkətlərinə onlarla iş əlaqələri qurmaq qadağan edilib.

Amerikanın maliyyə nazirliyi elan etdiyi kimi, yeni sanksiya siyahısına yeddi nəfər daxil olub.

Onların içərisində Luqanskın “yeni meri” İgor Girkin, Donetsk Xalq Respublikasının Ali Birliyinin rəhbəri Denis Pushilin var.