Böyük Yeddilik Rusiyanı yeni sanksiyalarla bağlı xəbərdar edir

G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalara hazırdır.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalara hazırdır

“Böyük yeddilik" (B7) ölkələrinin liderləri Brüsseldə keçirilən sammitdə Rusiyaya Ukraynadakı hərəkətlərinə görə yeni sanksiyalar tətbiq ediləcəyini bəyan edib. B7, birgə bəyanatında Rusiyanı Ukraynanın suverenliyinə “davam edən pozuntularına” görə mühakimə edib.

Bu, öncül sənaye ölkələrinin liderlərinin Moskvanın Krımı birləşdirdikdən sonra Rusiyanın iştirakı ilə “Böyük Səkkizlik” formatından imtinasından sonra birinci görüşüdür.

Çərşənbə günü axşam sammit iştirakçıları iclasdan əvvəl nahar masası arxasında toplanıb.

Britaniyanın baş naziri David Cameron deyib ki, B7-dən Ukraynaya qətiyyətli dəstək və və Rusiyaya münaqişənin diplomatik həllini axtarmaqla bağlı çarığış edəcəyini gözləyir.

Almaniya kansleri Angela Merkel Rusiyanı yeni sanksiyalar gözləməsi barədə xəbərdarlıq edib.

Bununla belə Putin sammintə iştirak etmir, o bir az sonra Parisdə B7 liderlərinin bəziləri ilə təkbətək danışıqlar aparacaq.

Daha qəddar sanksiyalar

"Biz vəziyyət tələb edərsə, Rusiyaya qarşı ünvanlı sanksiyaları fəallaşdırmağa və əlavə məhdudlaşdırıcı tədbirlər görməyə hazırıq”, B7 ölkələrinin birgə bəyanatında deyilir.

Almaniya kansleri Angela Merkel bəyan edib: “Biz Ukraynadakı qeyri-sabitliyə daha icazə verə bilmərik”.

"Biz aydın anlatdıq ki, üç mərhələli yanaşmanı davam etdirmək istəyirik - Ukraynaya iqtisadi məsələlərdə dəstək, Rusiya ilə danışıqlar, əgər bu məsələlərdə irəliləyiş olmasa - o zaman daha qəddar sanksiyalar imkanı qalır”, Merkel deyib.

Daha əvvəl ABŞ prezidenti Barack Obama Polşaya səfəri zamanı Rusiyanın “qara taktikası”nı və “aqressiyasını” mühakimə etdiyini bəyan edib.

Onun sözlərinə görə, Moskva tərəfindən gələcək təxribatlar ancaq təcridetmənin davamı demək olacaq.

Prezident Obama Varşavada Kral Meydanında çıxış edir.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Prezident Obama Varşavada Kral Meydanında çıxış edir.

Obamanın Polşaya səfəri bu ölkənin tarixində kommunist əsrinin bitməsinin 25 illiyinə təsadüf edir.

Obama Varşavada polşalılar qarşısında çıxışda yenidən ABŞ-ın Rusiya hakimiyyətinın Krımı birləşdirməsini qəbul etmədiyini qeyd edib. Prezident, həmçinin Rusiya tərəfdən təhlükəni hiss edən NATO-ya üzv dövlətlərə möhkəm dəstəyə söz verib.

23 milyon dollar yardım

Obama Polşadakı bayramlarda Ukraynanın seçilmiş prezidenti Petro Poroşenko ilə görüşüb və ABŞ-ın yeni Ukrayna hakimiyyəti ilə uzunmüddətli əməkdaşlığa kökləndiyinə arxayın edib.

Poroşenko öz növbəsində bəyan edib ki, inaqurasiya mərasimindən sonra yaxında Ukraynanın şərqindəki vəziyyətin sülhlə tənzimlənməsi üçün plan təqdim etmək məqsədi var.

ABŞ, həmçinin Ukraynaya 23 milyon dollar hərbi yardım etmək fikrindədir. Xüsusilə, Vaşinqton Kiyevə bronjilet, gecə görmə alətləri və 5 milyon dollarlıq əlaqə vasitələri ilə təchiz edəcəyinə söz verib.