Obama Ukraynaya qarşı "Rusiya təcavüzünü" pisləyib

Poroşenko Obama

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Obama Ukraynaya ABŞ yardımının göstəriləcəyini vəd edib.

ABŞ prezidenti Barack Obama və Ukraynanın yeni seçilmiş prezidenti Petr Poroşenko Varşavada Kiyevin Rusiyadan enerji asılılığının zəiflədilməsi yollarını müzakirə ediblər.

Poroşenko ilə danışıqlardan sonra Obama jurnalistlərə bildirib ki, onlar eləcədə Ukraynada iqtisadi artımın stimullaşdırılması imkanlarını nəzərdən keçiriblər.

Görüşdıən sonra ABŞ-ın Ukraynaya hərbi yardım xəttilə 23 mln dollar ayıracağı xəbəri verilib.

Kommunizm erasının sona çatmasının 25 illiyinin qeyd olunması ilə bağlı Polşaya səfər edən Barack Obama, Avropa ölkələri liderləri qarşısında etdiyi çıxışnda Rusiyanın Ukraynada hərəkətləri mövzusuna da toxunub.

"Biz Rusiya tərəfindən Ukraynanın bir hissəsinin ilhaq olunmasını heç zaman qəbul etməyəcəyik. Bir dövlətin başqa dövlətə qarşı 21-ci əsrdə bu cür hərəkəti yolverilməzdir", Barack obama vurğulayıb.

Prezident Obama Şərqi Avropa müttəfiqlərini "Rusiya tərəfindən təxribat olacağı təqdirdə" Vaşinqtonun onlara yardım edəcəyində əmin etməyə çalışıb.

Obamanın səfəri Ukraynadakı hadisələrlə bağlı Rusiya ilə Qərb arasında münasibətlərdə yaranmış gərginliyin ən kəskin dövrünə təsadüf edib.

Prezident Poroşenko ilə görüşdən sonra Obama Kiyevə Qazprom şirkətilə danışıqlarında qaz təchizatı və qiymətilə bağlı yaranmış vəziyyəti yüngülləşdirmək üçün Ukraynaya ABŞ yardımının göstərilməsini təklif edib.

2012-ci ildən Ukrayna iqtisadiyyatı tənəzzüldədir.

Bu arada Rusiya mətbuatı 1944-cü ildə Normandiyada müttəfiq qoşunların desant yeritməsinin 70-ci ildönümü ilə bağlı iyunun 6-da Fransada keçiriləcək rəsmi tədbirlər çərçivəsində Vladimir Putinlə Petr Polroşenko arasında görüşün planlaşdırılmadığını bildirirb.

Ötən gün Obama Rusiyanın Ukraynada hərəkətlərinə cavab olaraq Avropada Amerika mövgeyinin gücləndirilməsi üçün 1 milyard dollar ayrılacağını vəd edib.

NATO alyansı da öz növbəsində müdafiə qabiliyyətini gücləndiricəyini vəd edib.

ABŞ Ukraynaya dəstək verəcək

Şəklin mənbəyi, Reuters

ABŞ prezidenti Barack Obama Varşavada Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenko ilə görüşündə iqtisadi yardım barədə danışıb.

Cənab Obama bildirib ki, Kiyev Rusiyanın QazProm şirkəti ilə qaz qiymətləri barədə razılığa gələrsə və ya təminatı dayandırmaq riskini nəzərə alarsa, yardım təklif edilər bilər.

Ukrana iqtisadiyyatı 2012-ci ilin ortalarından tənəzzül dövründədir.

Cənab Obama Polşaya kommunizmin başa çatmasının 25 illiyi münasibətilə gedir. Lakin onun səfəri mart ayında Rusiyanın Krımı özünə birləşdirməsindən sonra baş verməsi ilə önəm daşıyır. Hadisə Soyuq Müharibə illərindən bəri qərb və şərqin münasibətlərinin ən ağır vəziyyətinə səbəb olub.

Cənab Obama keçmiş Sovet ölkələrini bir daha əmin etmək istəyir ki, Vaşinqton onları Rusiyanın "provakasiya"larına qarşı müdafiə edəcək.

Cümə axşamı o, Avropada hərbi gücləndirmə üçün 1 milyon dollar ayırıb.

NATO da müdafiə qabiliyyətini artırmağa yönəlib.

BBC müxbiri Adam Easton deyir ki, cənab Obama Polşaya simvolik dəyər üçün gəlib.

Çərşənbə günü onun çıxışında Kiyevin indi üzləşdiklərinin 25 il əvvəl də oxşar olmasını deməsi gözlənilir. Mesaj odur ki, Qərbin köməyi ilə Ukrayna da bunu bacarar, müxbirimiz deyir.

"Ondan eşitmək istəyirəm ki, ən yaxşı yardım nə ola bilər", cənab Obama bildirib.

O deyib ki, "Rusiyanın gələcək provakasiyası" Rusiyaya əlavə məsuliyyət verəcək, bu isə həm də gələcək sanksiyalar ola bilər.

Moskva şərqi Ukraynada separatçıları silahlandırmaqda ittiham edilir, əks tərəf isə ittihamlar qəbul etmir.