Brent markalı neftin qiyməti 80 dollardan aşağı düşüb
2010-cu ildən bəri ilk dəfə olaraq Brent markalı neftin qiyməti 80 dollardan aşağı düşüb.
İyun ayında 115 dollara satılan 1 barrel neftin qiyməti 30 faiz ucuzlaşıb.
OPEC klubunda neft hasilatını azaltmaq barədə çağırışlar səslənməkdədir, təşkilatın iclası noyabrın 27-ə təyin olunub.
ABŞ-da şist nefti bumu başlayandan, neftin qiymətinə OPEC-in təsiri azalır, Vaşinqtonun təsiri isə artır.