Ayətullah Xameneyi: Qərb İranı diz üstə çökdürə bilməycək

Şəklin mənbəyi, khamenei.ir
İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi bəyan edib ki, ölkənin nüvə proqramı ilə bağlı Qərbin göstərdiyi təzyiqə Tehran heç zaman boyun əyməyəcək.
Xameneyinin təbirincə, "Qərb dövlətləri İranı düz üstə çökdürə bilməyəcək".
Ötən gün İranın dünya güclərilə Tehranın nüvə proqramına dair danışıqları nəticəsiz başa çatıb.
Tərəflər arasında saziş əldə edilməsinə verilmiş son vaxt möhləti bazar ertəsi Avropa vaxtı ilə gecə yarısı bitdikdən sonra, görüş iştirakçıları məsləhətləşmələrin müddətini gələn ilin iyun ayınadək uzatdıqlarını elan ediblər.
Avstriya paytaxtı Vyanada keçirilmiş məsləhətləşmələr başa çatandan sonra, İran prezidenti Həsən Rohani həmin danışıqların "qüdrətli İran xalqının təntənəsinə çevrildiyini " bildirib.




















