Neftin qiyməti 68 dollardan da aşağı düşdü

Neft

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Brent markalı neft 2% ucuzlaşıb

London birjasında Brent markalı neftin qiyməti 1 barrel üçün 68 dollardan da aşağı düşüb.

Bakı vaxtı ilə saat 13:45-də yanvar ayı üçün bağlanmış fyuçers kontraktı 2 faiz ucuzlaşaraq 1 barrel üçün 67,55 dollar təşkil edib.

Ötən ayın sonunda OPEC neft klubunun üzv ölklələri neft hasilatının gündəlik kvotasını əvvəlki kimi 30 milyon barrel səviyyəsində saxlamaq qərarına gəlmişdilər.

OPEC təşkilatının növbəti iclası 2015-ci ilin iyun ayına təyin olunub.

Azərbaycanın 2015-ci il büdcəsində neftin qiyməti 90 dollar nəzərdə tutulub, Rusiya büdcəsində isə bir barel neft üşün qiymət 93 dollar olaraq tətriblənib.