Rusiya: neft ucuzlaşdıqca rublun məzənnəsi də düşür

rubl məzənnəsi

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Rubl məzənnəsi ötən ay 5 ilin minimumuna çatıb

Rusiyda rublun məzənnəsi sürətlə düşməkdədir: Moskva birjasında alqı-satqı əməliyyatları gedişində avronun məzənnəsi 66 rubl göstəricisini aşaraq 66,40 rubl noqtəsində sabitlə.ib, dolların məzənnəsi 53,20 rubladək artıb.

Rusiya Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş rubl məzənnəsi avroya nisbətən 3,03 rubl artaraq 64,44 rubla çatıb, dollara nisbətən məzənnə 2,48 rubl artaraq 51,80 rub təşkil edib.

Birjada son 5 gün ərzində dolların məzənnəsi 16,6%, avronun isə məzənnəsi 16,5% artıb.

Rublun məzənnəsində ən böyük eniş noyabr ayında qeydə alınıb, bunun səbəbini digər amillərlə yanaşı ekspertlər, o cümlədən, neft qiymətinin mənfi dinamikası ilə də əlaqələndirirlər.

Bazar ertəsi neftin qiyməti son 5 illik müddətin ən aşağı göstəricisinədək düşüb.

Neftin ucuzlaşması OPEC ölkələri neft hasilatı kvotasını necə varsa saxlamaq barədə noyabrın 27-də qərar qəbul etdiklərindən sonra sürətlənib.

Neftin gündəlik hasilat kvotası 30 mln barrel təşkil edir.

Rusiya Mərkəzi Bankının proqnozuna əsasən, ölkədə inflyasiya ilin sonunadək 9%-i üstələyə bilər.