Rusiyada rublun dəyəri artıb

Şəklin mənbəyi, Reuters

Moskva birjasında “sabah” hesablaşmaları üzrə aparılan ticarət sessiyasının gedişatında dollara nisbətdə dəyəri 1,24 rubla artan Rusiya milli valyutasının kursu 53,05 səviyyəsində qərarlaşıb.

Avroya 65,03 rubl təklif olunur.

Cümə günü Rusiyanın Mərkəzi Bankı dekabrın 3-də valyuta satışlarına müdaxilə etdiyini bildirib.

Həmin gündə dollarla avronun dəyəri rubla nisbətdə tarixi maksimuma çatmışdı.

Noyabrda rubl kursunun sərbəst buraxıldığını elan edən Mərkəzi Bank yalnız məzənnəyə təhlükə yarandığı təqdirdə müdaxilə edəcəyini bildirmişdi.

Cümə axşamı Rusiya prezidenti Vladimir Putin milli valyutanın kursu ilə oynayan ticarətçilərə qarşı “sərt və əlaqələndirilmiş hərəkətlərə” səsləyib.

Ötən ay Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin rubla inamı bərpa etmək üçün azı 7-10 ilin tələb olunduğunu deyib.