Rusiya bankı rublu "sərbəst" buraxıb

Şəklin mənbəyi, Reuters
Rusiya Bankı rublun məzənnəsinə müdaxiləni minimuma endirən qərarı ilə onun sərbəst formalaşmasına zəmin yaradıb.
Noyabrın 10-dan Mərkəzi Bank iki valyuta dəhlizi və onun daxili və kənarında mütəmadi müdaxiləni ləğv edib.
Eyni zamanda Rusiya Bankı valyuta müdaxiləsindən tam imtina edilməyəcəyini bildirib.
Onlar maliyyə sabitliyinə təhlükə yarandığı təqdirdə həyata keçiriləcək, bankın saytındakı məlumatda deyilir.
İndiyədək gözlənilirdi ki, Rusiya rublu "bazarın ümidinə" ilin sonunda buraxıla bilər.
Xəbərin Rusiya valyuta bazarına elə bir təsiri olmayıb, ekspertlər bildirirlər.




















