Putin: "sanskiyalar qlobal iqtisadiyyata da zərər yetirir"

Vladimir Putin sanksiyaların yanlış addım olduğunu bildirib.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Vladimir Putin sanksiyaların yanlış addım olduğunu bildirib.

Rusiya prezidenti ABŞ və Avropa İttifaqı sanksiyalarının yalnız Rusiya yox, qlobal iqtisadiyyata da zərər yetirdiyini deyib.

Vladimir Putinin sözlərinə görə sanksiyalar “beynəlxalq iqtisadi əlaqələr” əleyhinə atılmış yanlış addımdır və onları tətbiq etmək səlahiyyətlərinə yalnız BMT malikdir.

"Bu, zərərlidir və təbii ki bizə müəyyən zərər yetirir. Lakin onlar üçün də zərərlidir, çünki son nəticədə bütün beynalxalq iqtisadi əlaqələr sistemini zərbə altına alır”.

Rusiya liderinin çıxışı Avstraliyada iqtisadi inkişaf məsələlərinə həsr edilmiş G20 ölkələri sammitindən əvvəl səslənib.

Rusiyaya qarşı sanksiyalar Krımın ilhaqı və Moskvanın Ukraynanın şərqində iddia edilən müdaxiləsinə cavab olaraq qəbul olunub.