Prezident Poroşenko: Ukrayna ordusu əks-hücuma keçib

Şəklin mənbəyi, president.gov.ua
Prezidenti Petro Poroşenko televiziya ilə çıxışında bildirib ki, "Ukrayna ordusu ilk dəfə olaraq əks-hücuma keçib".
Onun sözlərinə görə, bazar ertəsi günü iyunun 16-da Kiyevdə Ukrayna təhlükəsizlik və müdafiə şurasının iclası keçiriləcək.
Prezidentin sözlərinə görə, iclasda dövlət sərhədinin bərpası məsələsi müzakirə olunmalıdır.
"Eyni zamnda Donbassda sülhün bərqərar olunması məsələsinə baxılacaq", Poroşenko deyib.
Poroşenko təbirincə, hazırda ordunun 1 nömrəli vəzifəsi sərhədə tam nəzarəti təmin etməkdir.
Onun sözlərinə görə, separatçılar sərhəddən silah-sürsat, texnika və canlı qüvvə gətirirlər.
"Bu səbəbdən sərhəd təcili nəzarət altına götürülməlidir", prezident deyib.
Ötən gün NATO kəşfiyyat peyklərindən çəkilmişRusiyaya məxsus 3 tankın Ukraynanın şərq səhədini keçərək ölkə ərazisinə daxil olduğunu nümayiş etdirib.
Rəsmi Moskva isə Rusiyanın bu hadisə ilə heç bir əlaqəsinin olmadığnı təkidlə iddia edir.
























