Obama Rusiyaya qarşı yeni sanksiyalara imza atacaq

Şəklin mənbəyi, Reuters
Prezident Obama Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanunu imzalayacaq, Ağ Evdən bildirilib.
Rusiyanının müdafiə sənayesinə tətbiq ediləcək yeni sanksiyalar barədə qanun Konqresdə böyük dəstək qazanıb.
Mətbuat katibi Josh Earnest bildirib ki, qanun “müttəfiqlərə çaşdırıcı mesaj“ göndərib, lakin cənab Obama onu imzalayacaq, çünki o, “rahatlığı qoruyur”.
Rusiya rublu bu il neft qiymətlərinin aşağı düşməsi və Qərb sanksiyaları fonunda dəyərinin yarısını itirib.
Valyuta, çərşənbə axşamı ticarətdə sərbəst buraxılıb.
Yeni qanun həmçinin, cənab Obamaya Ukraynaya hərbi dəstək göstərmək səlahiyyəti verəcək.
ABŞ və Avropa qüvvələri daha öncə də Krımın ilhaqı və şərqi Ukraynadakı separatçılara dəstək göstərdiyi üçün Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Romada Rusiyanın xarici işlər naziri ilə görüşmüş dövlət katibi John Kerry deyib: “Bu sanksiyalar prezident Putinin edəcəyi seçimdən asılı olaraq, bir neçə həftə və ya gün ərzində qaldırıla bilər”.
Lakin cənab Kerry bildirib ki, Rusiya son günlərdə “konstruktiv” addımlar atıb.

























