Merkel: Rusiyaya qarşı hələ ki, yeni sanksiyalar olmayacaq

merkel

Şəklin mənbəyi, Getty

Almaniya kansleri Anqela Merkel Ukrayna böhranı ilə bağlı hələ ki, Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar olmayacağını bildirib.

Bununla yanaşı, xanım Merkelin sözlərinə görə, Avropa Birliyinə girişi qadağan ediləcək rusiyalı məmurlardan ibarət “qara siyahı” genişləndirilə bilər.

Buna qədərsə Almaniya kansleri qeyd edib ki, senyabrın 5-də Minskdə imzalanmış sülh sazışınə riayət edilməməsi onu narahat edir.

Qeyd edək ki, Avropa Birliyinin xarici işlər və siyasi təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federica Mogherini bildirmişdi ki, noyabrın 17-də keçiriləcək Aİ üzv dövlətlərinin xarici işlər nazirlərinin görüşündə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinin mümkünlüyü müzakirə edilə bilər.

Noyabrın əvvəlində Merkel, Ukraynanın şərqində separatçıların həyata keçirdiyi seçkilərin nəticəsi olaraq, yaxın zamanlarda Rusiyaya qarşı iqtisqadi sanksiya qərarının dəyişdirilməsinin mümkün olmadığını bildirib.