Facebook istifadəçiləri Merkeli Ribbentropa bənzədiblər

Şəklin mənbəyi, Facebook
Facebook sosial şəbəkəsinin istifadəçiləri Almaniya kansleri Angela Merkelin səhifəsində yazdıqları şərhlərdə onu faşist Almaniyasının Xarici İşlər naziri Joachim von Ribbentropa bənzədiblər.
Həmin şərhlər Merkelin Rusiya prezidenti Vladimir Putinlə görüşünün səhərisi günü Almaniya kanslerinin səhifəsində peyda olmağa başlandı. Görüşdə Ukraynanın şərqində vəziyyət müzakirə edilib.
Bazar ertəsi günü Angela Merkelin rəsmi səhifəsində onun fotosu yerlişdirlib. Fotonun aşağısında kanslerin rəsmi səhifəsinə daxil olanların sayının 600 mini keçdiyi qeyd olunaraq buna görə istifadəçilərə təşəkkür bildirirlmişdi.
Bundan bir neçə saat sonra isə həmin təşəkür yazısına 25 min şərh yazılıb. Həmin şərhlərin əksəriyyəti 3 sözdən ibarət olub: "Danke, Frau Ribbentrop" ("Sağ olun, xanım Ribbentrop").
Kütlə halında bu cür yazılar Twitterdə də peyda olub. Twitterdə bəzi istifadəçilər #DankeFrauRibbentrop həştəqini Twitter trendinə çevirməyə çalışırlar.
Sosial şəbəkələrdəki bu cür flashmob-un tərəfdarları ilə bərabər əleyhdarları da fəallaşıb.




















