Ukrayna: NATO ''əhəmiyyətli sayda" Rusiya qoşununun geri çəkildiyini deyir

Ukrayna

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Rusiyapərəst üsyançılar Donetsk and Luqansk regionlarına müstəqillik tələb edirlər.

NATO "əhəmiyyətli sayda" Rusiya qoşunlarının Ukrayna şərqindən çıxarılmasının müşahidə edildiyini bildirib.

Eyni zamanda alyans rəsmisi müəyyən sayda Rusiya qüvvələrinin həmin ərazidə hələ də qaldığını qeyd edib.

NATO polkovnik-leytenantı Ukraynada əsgərlərin sayının müəyyən edilməsinin çətin olduğunu bildirib.

Jay Janzen bunu sərhəddə bir neçə yoxlama-buraxılış məntəqələrinin rusiyapərəst separatçıların əlində olduğu ilə əlaqələndirib.

Moskva üsyançıları dəstəkləmək məqsədilə Donetsk və Luhansk bölgələrinə əsgəri qüvvə və silah göndərdiyi barədə bütün iddiaları təkzib edir.

Aprel ayında toqquşmalar başlanandan bəri münaqişə gedişində 3,245 adamın öldüyü BMT rəsmiləri tərəfindən <link type="page"><caption> bildirilir</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2014/09/140924_un_ukrain_number_death" platform="highweb"/></link>.

Sentyabrın 5-dən Ukraynada kövrək atəşkəs gözlənilir, atəşkəs qüvvəyə mindikdən sonra təmas xətti boyu tərəflər arasında 30 km eni olan bufer zonası yaradılıb.

Ötən gecə Donetsk, Avdiivka və Debaltseve məntəqələri məlumatlara görə mərmi atəşinə tutulub.

Aİ və ABŞ Ukrayna münaqişəsində Moskvanın roluna görə Rusiya qarşı sanksiya tətbiq edib.

'Xüsusi təyinatlı qüvvələr'

"Xeyli sayda Rusiya qoşunları Ukraynadan çıxıb, lakin çoxminli qüvvələr hələ də sarhəd yaxınlığında yerləşir," kanadalı NATO polkovnik-leytenantı Janzen çərşənbə günü bildirib.

"Rusiya qoşunlarının bir qismi Ukrayna daxilndə qalmaqdadır. Bir neçə sərhəd yoxlama-buraxılış məntəqələrinin rusiyapərəst separatçıların əlində olduğundan sayı müəyyən etmək çətindir. Ukraynada fəaliyyət göstərən Rusiya xüsusi təyinatlı qüvvələri də üzə çıxarmaq çətindir", polkovnik-leytenantı Janzen əlavə edib.

Ukrayna

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Aylarla davam edən döyüşlərdən sonra şərqi Ukraynada xarabalıqlar qalıb.
Ukrayna

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Ukrayna hökümət qüvvələri regionda "anti-terror" əməliyyatı keçirir.

Ukrayna rəsmiləri ölkənin şərqində minlərlə Rusiya əsgəri qüvvəsinin olduğunu dəfələrlə bildirirb.

Çərşənbə günü ukraynalı hərbi jurnalist Dmytro Tymchuk Rusiya qoşunlarının Krımın şimalında da sayının artdığını bildirib.

Seçki 'itaətsizliyi'

Çərşənbə axşamı şərqi Ukraynadakı üsyançı liderlər noyabrın 2-də seçki keçirəcəklərini bəyan ediblər.

Bu addım Kiyevdəki mərkəzi hökümətə itaətsizlik addımı kimi başa düşülür.

Ötən həftə Ukrayna parlamentində Donetsk və Luqansk regionlarına 3 illik müddətə "özünüidarə" hüququ verən və seçkilərinin dekabrın 7-də keçiriləcəyini təsbit edən qanun təsdiqlənib.

Bəzi deputatlar həmin qanunu "kapitilyasiya sənədi" adlandırıblar.

Lakin həm Ali Sovet (parlament) həm rəhbələrini seçmək niyyətində olan üsyançılar seçkiləri Ukrayna parlamentinin müəyyən etdiyi tarixdən 5 həftə tez keçirmək niyyətindədir.

Ukraynada parlament seçkiləri oktyabrın 26-da keçiriləcəyi qərara alınıb.

Örən həftəsonu Minskdə əldə olunmuş sövdələşmənin şərtlərinə görə Ukrayna höküməti və üsyançı qüvvələr 30 km eni olan bufer zonası yaratmaq üçün ağır silahları təmas xəttindən 15 km uzaqlaşdırmağa razılaşıblar.

Çərşənbə günü ağır artilleriyasını çəkməyə başlamış Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko, "bunun yalnız Ukrayna qoşunlarının eyni hərəkət etdiyi" sahələrdə baş verəcəyini vurğulayıb.

Bazar ertəsi Ukrayna ağır toplarını geri çəkəcəyini, qalan silah və hissələrin isə yerində qalacağını bəyan etmişdi.

Minsk memorandumu: Əsas maddələr

  • Ağır silahlar təmas xəttinin hər iki tərəfindən 15 km geriyə çəkilir, 3nəticədə 30 km eni olan təhlükəsizlik zonası yaradılır
  • Hücum əməliyyatları yasaqlanır
  • Təhlükəsizlik zonası üzərindən hərbi təyyarələrin uçuşuna icazə verilmir
  • ATƏT monitorinq missiyası yaradılır
  • Münaqişə zonasından bütün xarici muzdlu döyüşçülər yığışdırılır