BMT: Ukraynada ölənlərin sayı 3,5 mini ötür

Şəklin mənbəyi, AFP
Ukraynanın şərqində silahlı münaqişədə ölənlərin sayı MH-17 reysi ilə uçan Malaziya təyyarəsinin qurbanları da daxil olmaqla 3,5 min nəfəri ötür, Birləşmiş Millətlər Təşkilarının İnsan Hüquqları üzrə Baş Katibinin köməkçisi Ivan Shimonovich bəyan edib.
BMT İnsan Hüquqları üzrə Şuranın Genevadakı iclasında çıxış edərkən Shimonovich deyib ki, aprel ayından başlayaraq münaqişədə ölənlərin sonuncu dəyərləndirilməsi 3543 insan təşkil edir.
Bununla belə o, bu hesablamalar indiki anda əldə olunan etibarlı informasiyaya əsaslandığı bəyan edib, eyni zamanda münaqişə qurbanlarının real sayı güman ki, daha çoxdur.
Daha əvvəl, iki həftə öncə Shimonovich ölənlərin sayını dinc əhali kimi hər iki tərəfdən hərbi əməliyyat iştirakçıları da daxil olmaqla 3 min dəyərləndirib.




















