Ukrayna: toqquşmalar fonunda liderlərin dialoqu davam edir

Şəklin mənbəyi, BBC World Service
Ukrayna, Rusiya, Almaniya və Fransa Ukraynanın şərqində münaqişəni həll etmək məqsədilə danışıqları davam etdirmək niyyətindədirlər.
Almaniya və Fransa Ukrayna prezidenti Petro Poroşenkonu rusiyapərəst separatçılarla atəşkəs razılığını növbəti, 2-ci dəfə uzatmağa çağırıblar - əvvəlki razılığın müddəti, bugün, <link type="page"><caption> bazar ertəsi başa çatır</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2014/06/140628_ukraine_ceasefire.shtml" platform="highweb"/></link>.
Atəşkəs dövrü ərzində beş Ukrayna əsgəri və üç <link type="page"><caption> Rusiya jurnalisti öldürülüb</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/06/140630_cameraman_ukraine_rf_died.shtml" platform="highweb"/></link>.
Rusiya XİN-i ötən gün rusiyalı jurnalistin öldürülməsini Ukrayna "təhlükəsizlik qurumlarının" münaqişənin gərginliyinin azaldılmasını istəmədiklərinin sübutu kimi qiymətləndirib.
Rəsmi Moskva Kiyevdən hadisənin obyektiv araşdırılmasını tələb edib.
Atəşkəs müddəti bitməkdədir
Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Francois Hollande bazar günü Ukrayna prezidenti Poroşenko və Rusiya lideri Vladimir Putinlə ikinci dəfı danışıqlar keçiriblər.
Danışıqların əsas mövzusu cənab Poroşenkonun sülh planının tətbiqi olub.

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service
AFP agentliyinin yaydığı xəbərə görə, Prezident Putin Prezident Poroşenkoya zəng edərək atəşkəs rejimini uzatmağa çağırıb.
Lakin Kiyevdə atəşkəs əleyhinə etirazçılar aksiya keçirib.
Prezident Poroşenkoya üsyançılara qarşı hərbi əməliyyatı bərpa etmək məqsədilə təzyiq artmaqdadır.
Atəşkəs ötən cümə günü üç günlük müddətə artırılmışdı və müddəti bu axşam başa çatır.

Şəklin mənbəyi, BBC World Service
Bu arada bəzi üsyançı liderlər atəşkəsə əməl etməkdən imtina ediblər.
Rəsmi Kiyev Ukraynanın şərqində beş ukraynalı əsgərin öldürüldüyünü və daha 17 qulluqçunun yaralandığını bildirib.
Xəbərlərə görə üsyançıların istehkamı sayılan Slovyansk şəhərində hökumət qoşunları ilə separatçılar arasında yenidən atşma başlayıb.
Avropa İttifaqının təzyiqi

Şəklin mənbəyi, BBC World Service
Prezident Poroşenkonun planı hakimiyyət bölgüsünü və erkən ümumi seçkiləri nəzərdə tutur.
Aİ xəbərdarlıq edib ki, prezident Putin rusiyapərəst üsyançıları cilovlamasa Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək.
Angela Merkelin sözlərinə görə, sülh planının tətbiqində irəliləyiş olmayacağı təqdirdə Aİ "sərt tədbirlər" görəcək.
BMT təxminlərinə görə, bu ilin aprel ayının ortalarından başlayaraq Ukraynanın şərqində hökumət qüvvələrilə riusiyapərəst üsyançılar arasında davam edən döyüşlərdə 420 nəfər həlak olub.

Şəklin mənbəyi, BBC World Service






















