Ukrayna prezidenti atəşkəsi 3 gün uzadıb

Şəklin mənbəyi, AFP

Ukrayna prezidenti Petro Poroşenko ölkənin cənub-şərqində elan olunan atəşkəsin müddətini üç gün uzadıb. Atəşkəs iyunun 30-da 22:00-dək davam edəcək.

Ukrayna hökümətinin rəsmi saytının verdiyi məlumata görə güc tətbiq etməmə rejiminin müddəti, hüquq mühafizə orqanları ilə məsləhətləşmədən sonra uzadılıb.

Əvvəlki atəşkəsin müddəti cümə günü yerli vaxtla 22:00-da bitmişdi (Bakı vaxtı ilə gecəyarısı).

Bəzi üsyançı liderlər həmçinin atəşkəs rejimini tətbiq edəcəyini bildiriblər, digərləri isə ona qarşıdırlar.

Cənab Poroşenkonun bəyanatı Aİ ilə imzaladığı sazişdən bir neçə saat sonra gəlib. Həmin saziş hazırkı böhranın başlanğıcına səbəb olub.

Sazişin imzalanmasının "tarixi an" olduğunu deyən Petro Poroşenko 27 iyunu müstəqillikdən sonra ölkənin tarixində ən mühüm gün adlandıb.