Ukraynadakı böhran nəticəsində 50,000-dən çox insan köçkünə çevrilib - BMT

Ukraynada qaçqınlar

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Bir ailə üsyançıların idarə etdiyi Slovyanskda bombadan sığınacaqda oturur

BMT-nin bildirdiyinə görə, Ukraynada baş vermiş qarşırdurma nəticəsində yaranmış köçkün sayı 54,400-ə çatıb, onlardan 16,400-ü keçən həftəyə təsadüf edir.

Daha 110,000 insan isə bu il ərzində Ukraynanı tərk edərək Rusiyaya gedib. Onlardan əksəriyyəti Ukraynanın şərq bölgəsindəndir. Rəsmi qaçqın statusu isə cəmi 9,500 nəfər alıb.

Ukrayna tərəfindən elan edilmiş atəşkəs dövründə belə rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında gərgin döyüşlər davam edib.

Aprelin ortalarından bəri yüzlərlə dinc sakin və döyüşçü həlak olub.

"Ukraynada məcburi köçkünlərin sayında kəskin artım müşahidə edirik", BMT-nin qaçqınlar üzrə agentliyinin sözçüsü Melissa Fleming Cenevrədə deyib.

Donetskdəki separatçı hakimiyyətin bildirdiyinə görə, bölgədə və qonşu Luhansk regionunda təxminən 800 döyüşçüsü və 250 mülki şəxs öldürülüb.

BMT-nin ötən həftə buraxdığı bəyanatda isə təxmin edilir ki, Ukraynada mayın 7-dən bəri öldürülənlərin sayı 356-dır, onlardan 257-si mülki şəxs olmaqla.

Ukraynada qaçqınlar

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Tanınmamış Donetsk Xalq Respublikasının qərargahında oynayan uşaqlar. Onlar regionu tərk etmək üçün icazə gözləyirlər