Donbassda Rusiya televiziyasının operatoru həlak olub

Ukrayna

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Rusiya operatoru hərbi hissə yaxınlığında aldığı güllə yarasından keçinib.

Donetskdə ötən gecə Rusiya televiziyası "Birinci kanalın" operatoru həlak olub.

Onu müşayət bir yerdə olan həmkarları - müxbir və səs operatoru – xəsarət almayıblar.

68 yaşlı operator Anatoli Klyan qarın nahiyəsindən aldığı güllə yarasından xəstəxanaya aparılarkən keçinib.

"Faciə hərbi hissələrdən birinin yaxınlığında baş verib", Birinci kanalın məlumatında qeyd olunub.

Rusiya XİN-i Ukrayna rəsmilərindən Rusiya telekanalı operatorunun ölümünün “obyektiv araşdırılmasını” tələb edib.

İyunun 17-də Luqansk vilayətində “Rossiya-1” telekanalının müxbiri İqor Kornelyuk və səs opaeratoru Anton Voloşin minomyot atəşi altına düşərək həlak olmuşdular.