Duma "xarici agent qht-lər" qanunu qəbul edib

Şəklin mənbəyi, Reuters
Rusiya parlamentinin aşağı palatası xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının "xarici agent"lər kimi təqdim olunmasını nəzərdə tutan qanunu qəbul edib.
Yuxarı palata və Prezident Vladimir Putinin təsdiqindən sonra qanun qüvvəyə minəcək.
İnsan haqları fəalları qanunu pisləyib və onu hökumətə müxalif qüvvələrin susdurulması üçün alət kimi gördüklərini deyiblər.
Əsasən Putin tərəfdarlarından ibarət olan Duma həmçinin böhtan haqqında qanunu qəbul edib. Onu pozanları yüksək məbləğdə - 153 min dollar cərimə, bu məbləği ödəyə bilməyənləri isə iki ilədək həbs cəzası gözləyir.
Rusiya mediasının təmsilşçiləri Dumanın qarşısında qanuna etiraz olaraq piket keçiriblər.




















