Vikipediyanın rus saytı fəaliyyətini dayandırıb

Vikipediya

Şəklin mənbəyi, Wikipedia

Yeni informasiya qanununa etiraz əlaməti olaraq Vikipediya resursu bir gün ərzində fəaliyyətini dayandırmaq qərarına gəlib.

İnternet portalının əsas səhifəsi qara xəttin üzərində “Dünyanı azad biliksiz təsəvvür edin” başlığı ilə çıxıb.

Yeni qanun yasaqlanmış məlumatları yayan vebsəhifələrin siyahısının tərtibini nəzərdə tutur.

Bununla belə yeni qaydalara görə sahiblər təhqiramiz tanınan resursları bağlamalı olacaqlar.

Hökumət mütərəqqi hesab etdiyi qanunun uşaq pornoqrafiyası və ekstremizmin yayılması ilə mübarizədə səmərəli addım olacağını bildirir.

Qanun əleyhdarlarının sözlərinə görə yeni sənəd onsuz da məhdudlaşdırılmış rusiya informasiya məkanında internet senzurasına hüquqi zəmin yaradır.