Rio 2016: Rusiya idmançılarının ilk qrupunu yola salıb

Şəklin mənbəyi, KATJA KUZNETSOVA

Rusiya Olimpiya komandasının 70-ə yaxın üzvü Rio 2016 Olimpiya Oyunlarına qatılmaq üçün Moskvadan yola düşüb, digərləri isə dopinq qadağasına görə gedə bilməyib.

Voleybol, handbol, boks, sinxron üzgüçülük və stolüstü tenis komanda üzvləri Şeremetyevo Hava Limanından yola düşüb.

Dünya Anti-Dopinq Agentliyi Rusiyanın dövlət səviyyəsində dopinqi maliyyələşdirməsi haqda məlumatlar ortaya çıxandan sonra rusiyalı idmançılara qadağa qoyulmasını təklif edib.

Lakin Beynəlxaq Olimpiya Komitəsi (BOK) qərar verməni, hər bir idman növü üzrə ayrı-ayrı federasiyaların öhdəsinə buraxdı.

Rusiya Rio 2016 Olimpiya oyunlarına 387 yarışçını göndərməyi arzu edirdi, lakin onların 100-dən çoxuna getmək qadağası qoyulub.

Onlar arasında yüngül atletika komandasının 68 üzvündən 67-si daxildir.

Bəzi beynəlxalq federasiyalar rusiyalı idmançıların yarışda iştirakına birgə qərar verib, bəziləri qismən qadağa qoyub. Bəziləri isə hələ də düşünür.

Rusiya prezidenti Vladimir Putin deyib ki, burda Rusiya atletlərinə qarşı "məqsədyönlü təbliğat aparılıb".

O deyib ki, Rusiya idmançılarının yoxluğu Rio-da qazanılan medalları dəyərdən salacaq və Rusiya komandasına bildirib ki, "digər idmançılar anlayacaq ki, onların medallarının keyfiyyəti başqa cür olacaq".