Rusiya: yüngül atletlər barədə qadağa qüvvədə qalır

Şəklin mənbəyi, AFP

Rusiyanın yüngül atletlərinin Rio 2016 Olimpiya Oyunlarında iştirak etməsinə qadağa İdman üzrə Arbitraj Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Bu, iddia olunduğuna görə, ölkədə dövlət tərəfindən dəstəklənən dopinqə görədir.

Müstəqil hesabatda geniş yayılmış dopinq barədə dəlillər aşkarlanandan sonra Beynəlxalq Atletika Assosiasiya Federasiyası (IAAF) Rusiyanın atletika federasiyasının fəaliyyətini dayandırıb.

Rusiya Olimpiya Komitəsi və 68 atlet qərara qarşı apellyasiya şikayəti versə də hər iki tərəfin arqumentlərini dinləyən arbitraj məhkəməsi qadağanı qüvvədə saxlayıb.