Rusiya: məlumatları xaricilərə ötürənlərə cərimə kəsmək təklifi

Şəklin mənbəyi, AFP
Rusiya Dövlət Dumasına təqdim edilən qanun layihəsi dövlət oqranlarının icazəsi olmadan xarici və beynəxlaq qurumlara məlumatın verilməsinə görə cərimələri nəzərdə tutur.
Təşəbbüsün müəllifləri Vladimir Afonski, Zaur Askenderov (Vahid Rusiya Partiyası), Sergey Qavrilov (Kommunist Partiyası) və Andrey Svintsovdur.
Qanun layihəsi “xarici hakimiyyət orqanları və onların səlahiyyətli nümayəndələrinin sorğusu əsasında məlumatların verilməsini yasaqlayır”.
Tələblərin pozulmasına görə vətəndaşlara 50-100000 rubl ( 779 -1559 dollar) həcmində cərimə kəsilə bilər.
Rəsmilər üçün cərimələr iki qat artıqdır və onların üst həddi 1 milyon rubla (15000 dollar) çatır. Şirkətlərə 10 milyon rubladək (155000 dollar) cərimə təqdim oluna bilər.
Layihəyə əlavə olan sənəddə deyilir ki, bəzi ölkələrin dövlət orqanları şirkətlərin fəaliyyətilə bağlı “icrası icbariyə” bənzər şəklində olan sorğular göndərirlər.
Qanun layihəsinin müəllifləri əmindirlər ki, onun təsdiqlənməsi milli maraqların daha yaxşı müdafiəsinə xidmət edəcək.




















