Erdoğan deyir ki, qadınlar "kişilərə bərabər deyil"

erdogan

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Recep Tayyip Erdoğan avtoritarizmə meyldə ittiham edilir, lakin hələ də populyardır

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, qadınlar kişilərə bərabər ola bilməz və o, feministləri analığı rədd etməkdə günahlandırıb.

“Qadın və kişilər bərabər ola bilməz,” cənab Erdoğan İstanbulda çıxışı zamanı bildirib. “Bu, təbiətə ziddir”.

Erdoğan əlavə edib ki, feministlər İslamda analığın əhəmiyyətini anlamırlar.

BBC-nin İstanbuldakı müxbiri Mark Lowen bildirib ki, Erdoğanın şərhləri adətən onun mömin tərəfdarlarına yönəlir, liberal seçiciləri isə qəzəbləndirir.

Daha dünyəvi görüşə malik türklər iddia edir ki, hakimiyyətin sosial siyasəti ölkəni təhlükəli istiqamətə aparır, müxbirimiz deyir.

Bu yaxınlarda isə cənab Erdoğan, qadınları üç uşaq dünyaya gətirməyə səsləmiş və abortu və keysər üsulu ilə doğuşu tənqid etmişdi.

“Zərif təbiət”

Erdoğan bu şərhlərini İstanbulda, qadınların konfransında səsləndirib.

“İş yerlərində siz, kişilər və hamilə qadınlara qarşı eyni davrana bilməzsiniz,” Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Erdoğan vurğulayıb.

Qadınlar kişilərin gördüyü bütün işləri görə bilməzlər, o, əlavə edib, çünki bu, onların “zərif təbiətlinə” ziddir.

“Dinimiz analığa yüksək dəyər verir,” Erdoğan qeyd edib. “Feministlər bunu anlamır və analığı rədd edirlər”.

Erdoğan bildirib ki, qadınların bərabər hörmətə ehtiyacı var, bərabərliyə yox.

Cənab Erdoğan İstanbul toplantısında həmçinin, bildirib ki, ədalət irqçilik, antisemitizm və “qadın problemləri” kimi dünyada bir çox məsələ üçün həll yoludur.

Türkiyə rəhbəri, söylədiyi fikirlərlə tez-tez ziddiyətə səbəb olur.

Bu ayın əvvəlində o bildirmişdi ki, müsəlmanlar Amerikanı Xristofor Kolumbdan 300 il əvvəl kəşf ediblər.

11 illik hakimiyyəti dövründə cənab Erdoğan, regionda həlledici siyasi fiqura çevrilib.

Lakin Suriya böhranı və avtoritar idarəçilikdə ittiham, onun şöhrətinə xeyli zərər yetirib.