Erdoğan kafedə siqaret çəkəni cərimələndirib

Türkiyə prezidentinin tənqidçiləri onu adamların şəxsi həyatına müdaxilədə suçlayırlar.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Türkiyə prezidentinin tənqidçiləri onu adamların şəxsi həyatına müdaxilədə suçlayırlar.

Türkiyə prezidenti polisə kafedə siqaret çəkən şəxsi cərimələməyi əmr edib.

Recep Tayyip Erdoğan İstanbulun Esenler rayonuna baş çəkərkən kafenin yuxarı mərtəbəsində siqaret çəkən şəxsə rast gəlib.

"Buna görə cərimə var”, - həmin şəxsə doğru barmağı ilə işarə edən prezident deyib.

Bundan sonra Erdoğan polisə siqaret çəkəni cərimələməyi əmr edib. Bar və restoranlar da daxil olmaqla Türkiyənin ictimai binalarında tütün çəkmək yasaqdır.

Hadisə barədə videoda prezidentin siqaret çəkən adamı köməkçilərinə “tərbiyəsiz” kimi təsvir etdiyini görmək olar.

“Prezidenti görür, ama çəkməyi davam edir”, - prezident Erdoğan deyib.

Qadağanı pozduğuna görə kafe də 6 min lira (2.101AZN) məbləğində cərimələnib.

Sosial mediayada reaksiya doğuran hadisə ilə bağlı prezident şəxsi həyata müdaxilə etməkdə tənqid olunub.

Siqaret çəkməyin əleyhinə olan Türkiyə prezidenti vaxtilə onu “terrorçuluqdan daha böyük təhlükə” kimi səciyyələndirib.