Rublun qiyməti tarixdə ən aşağı həddinə çatıb

Rubl məzənnəsi

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Rublun məzənnəsinin ucuzlaşmasını Rusiya ilə Ukrayna arasında müharibə təhlükəsilə əlaqələndirirlər.

Valyuta birjalarında Rusiya rublunun məzənnəsi bazar günü səhər açılmış alqı-satqı əməliyyatları zamanı tarixi minimumu keçib.

Birja əməliyyatlarının ilk dəqiqələrindən 1 dollar 36,50 rubla satılıb, avronun qiyməti isə 50 rubldan yuxarı olub.

Müşahidəçilər rublun məzənnəsinin ucuzlaşmasını Rusiya ilə Ukrayna arasında müharibə təhlükəsilə əlaqələndirirlər.

Dollar-avro valyuta səbətinin dəyəri Rusiya Mərkəzi Bankı tərəfindən rubl üçün müəyyən edilmiş valyuta "koridoru" həddini aşıb.

Bazar ertəsi günü məlum olub kı, Rusiya Mərkəzi Bankı valyuta koridorunun yuxarı həddinə 0,2 rubl əlavə edib.

Rusiyanln RTS valyuta birjasının indeksi psixiloji cəhətdən mühüm sayılan 1200 xal səviyyəsindən aşağı düşüb.

Rublun məzənnəsinin çökməsinin qarşısını almaq üçün Rusiya Mərkəzi Bankı təcili sürətdə rubl depozitlərinin faiz stavkasını 5,5%-dən 7%-dək qaldırıb, bundan sonra Rusiya valyutasının məzənnəsi sabitləşib.