Türkiyə "inflyasiya ilə mübarizə" üçün kredit stavkalarını 12 faizə qaldırıb

Lira

Şəklin mənbəyi, Reuters

Türkiyənin Mərkəzi Bankı 7.75 faiz səviyyəsində olan kredit stavkasını 12 faizədək artırıb.

Bankın fövqəladə toplantısında həmçinin gecəlik (overnayt) stavkası da bahalaşaraq 3.5-dən 8 faizə çatdırılıb.

Türkiyə milli valyutasının sabitləşməsinə xidmət edəcək qərar son günlərdə inkişaf edən ölkələrin bazarlarındakı qeyri-sabiltlik mühiti fonunda qəbul olunub.

ABŞ-dakı Federal Reserv bankı daxili kredit stavkalarının bahalaşmasını önləmək məqsədilə dünya boyu dollar ehtiyatlarını almağa başlayıb.

Bir çox investor hesab edir ki, bu siyasət inkişafda olan iqtisadiyyatlara təsir göstərək dolların bahalaşmasında əks olunacaq.

İflyasiya

Mərkəzi Bank öz qərarını dekabr ayında 7.4 faizə çatan inflyasiyaya qarşı mübarizə ilə izah edib.

Türkiyə hökuməti ötən illə müqayisədə inkişaf tempinin 3.6 faizdən 4 faizə qalxacağına ümid edir. 2010-2011-ci illərdə iqtisadiyyatın illik artım tempi 8 faizə yaxın olub.

Türkiyənin yaşadığı problemlər dollara tələbatın qalxması ilə əlaqədar qlobal səciyyə daşıyaraq bir neçə ölkənin iqtisadiyyatına təsir göstərib.

Stavkaların qaldırılması barədə bəyanat ardınca dəyərini itirməkdə olan liranın məzənnəsi ABŞ dollarına nisbətdə bir qədər bahalaşıb.

Bəzi investorlar Türkiyədəki korrupsiya qalmaqalının qeyri-sabitlik yarada biləcəyindən narahatdır.