Rio 2016: Azərbaycanın bütün medalçıları - şəkillərdə

Rio Olimpiadasında 207 komanda üzvlərilə yarışa girən 18 Azərbaycan idmançısı medala sahib olub. Oyunlardan əvvəl bir neçə atlet dopinq testlərindən keçə bilmədiyi üçün çıxış etmək imkanından məhrum edilmişdi.

Azərbaycanın gümüş medalçısı, cüdoçu Rüstəm Orucov

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Cüdoçu Rüstəm Orucov (solda) Rioda Azərbaycanın ilk medalını qazanıb. O, yarım finalda israilli Sagi Mukiyə qalib gələndən sonra komandasına gümüş medalını təmin edib. Cüdoçu finalda yaponiyalı Shohei Onoya məğlub olub.
İnna Osipenko-Rodomska Azərbaycan üçün bürünc medal qazanıb

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, 34 yaşlı İnna Osipenko-Rodomska (ön planda) bir nəfərlik kayak qayığı ilə 200 metr məsafədə yarışıb. Əvvəllər Ukraynanı təmsil etmiş azərbaycanlı idmançı liderdən 0,537 saniyə geri qalaraq üçüncü yerə çıxıb və beləliklə Azərbaycanın ikinci bürünc medalını qazanıb.
Azərbaycanın gümüş medalçısı, güləşçi Mariya Stadnik

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, 48 kq çəki dərəcəsində sərbəst güləş üzrə yarışlarda iştirak edən Mariya Stadnik (soldan birinci) son saniyələrdə qələbəni əldən verərək gümüş medalla kifayətlənməli olub. O yalnız final görüşündə üçqat dünya çempionu yaponiyalı Eri Tosakaya məğlub olub.
Azərbaycanın bürünc medalçısı, güləşçi Nataliya Şinişin

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, 53 kq çəki dərəcəsində çıxış edən güləşçi Nataliya Şinişin (sağda) bürünc medal uğrunda yarışda venesuelalı Angelica Arguello-nu məğlub edib.
Azərbaycanın bürünc medalçısı, güləşçi Sabah Şəriəti

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Yunan-Roma güləşi üzrə 130 kq çəki dərəcəsində Sabah Şəriəti bürünc medal əldə edib. O, medalı "bütün Azərbaycan millətinə həsr etdiyini deyib".
alentin Demyanenko Azərbaycan üçün gümüş medal qazanıb

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Bir nəfərlik kanoe qayığı yarışında çıxış edən Valentin Demyanenko (solda) 200 metr məsafədə ukraynalı Yuri Çebandan 0,214 saniyə geri qalaraq gümüş medal qazanıb. Demyanenko qazandığı gümüş medalın onun üçün yaxşı nəticə olmadığını deyib: “15 ildir bu idman növü ilə məşğul oluram. Az qala ömrümün yarısını idmana vermişəm”
Azərbaycanın bürünc medalçısı, taekvandoçu Patimat Abakarova

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Patimat Abakarova taekvando yarışlarında Azərbaycanın ilk Olimpiya medalını qazanıb. 49 kq çəki dərəcəsində çıxış edən idmançı fransalı Yasmin Azizlə üz-üzə gəlib və rəqibini 7:2 hesabı ilə üstələyib. Abakarova qızıl medala ümid etdiyini bildirsə də, ilk görüşünün istədiyi kimi olmadığını deyib. “Yalnız medal qazanmaq fikrində idim. Köklənib bu vəzifənin öhdəsindən gəldim,” taekvandoçu gümüş medal uğrunda mübarizəsindən bəhs edib.
Azərbaycanın gümüş medalçısı, cüdoçu Elmar Qasımov

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, 100 kq çəki dərəcəsində çıxış edən cüdo üzrə Azərbaycan yığmasının üzvü Elmar Qasımov (solda) final görüşündə çexiyalı Lukas Krpalekə məğlub olaraq gümüş medala sahib olub.
Azərbaycanın bürünc medalçısı, boksçu Kamran Şahsuvarlı

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, 75 kq çəki dərəcəsində mübarizə aparan boksçu Kamran Şahsuvarlı (solda) yarımfinalda kubalı Arlen Lopez-lə qarşılaşıb. Görüşü 0:3 hesablı məğlubiyyətlə başa vuran Azərbaycan boksçusu üçüncü yerlə kifayətlənməli olub və bürünc medal qazanıb.
Azərbaycanın bürünc medalçısı, taekvandoçu Milad Beiqi Harçeqani

Şəklin mənbəyi, Dean Mouhtaropoulos Getty

Şəklin alt yazısı, Milad Beiqi Harçeqani (80 kq) taekvando üzrə Olimpiya oyunlarının bürünc medalçısı olub.
Azərbaycanın bürünc medalçısı, güləşçi Rəsul Çunayev

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, "Mən bura qızıl medal üçün gəlmişdim", Olimpiya Oyunlarında bürünc medal qazanan güləşçi Rəsul Çunayev deyib. Yarımfinalda azərbaycanlı idmançının rəqibi Ermənistan təmsilçisi Miqran Arutyunyan oldu. "Mənə dəstək verən və verməyənlərə, hamısına minnətdarlığımı bildirirəm", - Çunayev deyib. - "Dəstək verməyənləri başa düşürəm, çünki erməni idmançıya uduzmuşam. Bir şeyi düşünmək lazımdır ki, hamıdan çox, mən özüm onu udmaq istəyirdim. Qismət olmadı. Buna baxmayaraq Vətən üçün bürünc medalı əldən vermədim".
Azərbaycanın bürünc medalçısı, güləşçi Hacı Əliyev

Şəklin mənbəyi, Alex Livesey Getty

Şəklin alt yazısı, Sərbəst güləş üzrə yarışlara Hacı Əliyev Olimpiadanın bürünc medalını qazanıb.
Azərbaycanın bürünc medalçısı, güləşçi Cəbrayıl Həsənov

Şəklin mənbəyi, TOSHIFUMI KITAMURAAFPGetty Images

Şəklin alt yazısı, 74 kq çəkidə çıxış edən güləşçi Cəbrayıl Həsənov bürünc medala sahib olub.
Azərbaycanın bürünc medalçısı, güləşçi Şərif Şərifov

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, 86 kq çəki dərəcəsində çıxış edən sərbəst güləşçi Şərif Şərifov həmçinin bürünc medal alıb. O, venesuelalı Pedro Francisco Ceballos Fuentes-ə 5:1 hesabı ilə qalib gəlib. Yarımfinalda o, Rusiya idmançısı Abdulrəşid Sadulayevə məğlub olmuşdu.
Azərbaycanın qızıl medalçısı Radik İsayev

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Taekvondoçu Radik İsayev Rioda Azərbaycanın yeganə qızıl medalçısı olub. Məlumata görə, qələbədən sonra Azərbaycan prezidenti İlham Əliyev idmançıya zəng edərək onu təbrik edib. Avropa çempionu və Dünya çempionu olmuş İsayev mükafatlandırılma mərasimindən sonra qələbəni anasına həsr etdiyini bildirib.
Toğrul Əsgərov, Azərbaycanın gümüş medalçısı.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, 65 kq çəki dərəcəsində gümüş medal qazanan Toğrul Əsgərov finaldan əvvəlki görüşlərinin daha çətin olduğunu qeyd edib. "Finalda isə başlayan kimi rəqibin başı almacıq sümüyümə dəydi, gözüm qaraldı. Xalçanı görmürdüm. Özüm də anlamadım ki, nətər oldu, necə oldu? Hər şey bir anda baş verdi".
Azərbaycanın gümüş medalçısı Lorenzo Sotomayor Collazo

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, 64 kq çəki dərəcəsində finala çıxan Lorenzo Sotomayor Collazo özbək rəqibi Fazliddin Qaybnəzərova məğlub olandan sonra gümüş medal qazanıb. "Çox da sevincli deyiləm. Azərbaycan üçün qızıl medal qazanmaq istəyirdim", o deyib. "Qarşılaşma boyunca hakim mənə qarşı sanki qərəzli mövqe tutmuşdu. Çox pisəm, çox məyusam. Azərbaycanı çox sevirəm, Azərbaycan xalqına qızıl medal hədiyyə etmək istəyirdim. Ancaq ədalətsizlik imkan vermədi".
Azərbaycanın gümüş medalçısı Xetaq Qazyumov

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, 97 kq çəki dərəcəsində çıxış etmiş sərbəst güləşçi Xetaq Qazyumov finalda ABŞ idmançısı Kyle Frederick Snyder-lə güləşib. O, finaldakı məğlubiyyətinin səbəbini rəqibinin "daha çox istəkli olması" ilə əlaqələndirib. "Əgər rəqib qalib gəlibsə, deməli o, daha çox istəyirdi bunu, o deyib.