Rio 2016-nın gözlənilməz qonaqları

Şəklin mənbəyi, RIO 2016
Timsahlar, tənbəllər, kapibaralar və ilanlar Rio 2016 Olimpiya Oyunlarının bəzi gözlənilməz qonaqları arasındadır.
Olimpiadanın bəzi tikililəri tropik bitkilərin əhatəsində yerləşir.

Şəklin mənbəyi, RIO 2016
“Biz heyvanları gizlətmək istəmirik, biz göstərmək istəyirik ki, onlarla birgə yaşaya bilərik,” Rio 2016-nın əməkdaşı Tania Braga bildirib.
“Rionun təxminən 25 faizi təbii meşədir. Belə bir müxtəlifliyi nümayiş etdirmək üstünlüyümüzdür”.

Şəklin mənbəyi, Silma Cardoso Corredor Verde Recreio
Xanım Braga-ya görə, yarışların keçiriləcəyi məkanlarda heyvanlara cavabdeh olan komanda fəaliyyət göstərir. Onlar tapılacağı təqdirdə təhülkəsizlik üçün təbiətə geri göndəriləcək.
Şəhərin qərbində əsas Olimpiya infrastrukturunun yerləşdiyi ərazidə təxminən 230 növ heyvan məskunlaşıb.
Buna “Floridadakılara nisbətən daha az aqressiv olan” timsahlar da var.

Kapibaralar isə ətrafdakı otlağa ziyan vurular.
Bir çoxları hesab edir ki, Olimpiya obyektlərinin salınması üçün ətrafdakı sular çirklənib və təbii ətraf mühit qısalıb.

Şəklin mənbəyi, CREDITSilma Cardoso Corredor Verde Recreio

Şəklin mənbəyi, Silma Cardoso Corredor Verde Recreio
“Şəhərlərin genişlənməsilə insanlar heyvanlara daha yaxın yaşamağa başlayır. Əslində biz onların ərazisini işğal etmişik,” bloqçu İzar Aximoff deyir.
Ətrafın monitorinqini həyata keçiriən bir qrup bloqer timsahlar kimi bəzi heyvanların mühafizəsinə çalışırlar.

Şəklin mənbəyi, RIO 2016
Bu araşdırmaların təqdim etdiyi şəkillərdə timsahların kanalizasiya sularında və zibilliklərin olduğu yerlərdə üzdüyü görünür.
























