Azərbaycanın Nobel mükafatı qazanmış yeganə alimi Google günündə

Oxuma vaxtı: 1 dəq

Video açılmasa, buradan izləyin.

Bu gün Bakıda doğulmuş tanınmış fizik Lev Landaunun 111 yaşı tamam olur. Google şirkəti də bu münasibətlə xüsusi "doodle" yaradıb.

Lev Landau 22 yanvar 1908-ci ildə Bakıda yəhudi ailəsində anadan olub.

O, 14 yaşında Bakı Dövlət Universitetinə daxil olub.

Landau 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.