Merkel: Rusiya Avropadakı əminamanlığı sual altına alır

Merkel deyib ki, Ukrayna böhranının həllinə vaxt tələb olunur.

Şəklin mənbəyi, AFP Getty

Şəklin alt yazısı, Merkel deyib ki, Ukrayna böhranının həllinə vaxt tələb olunur.

Almaniya parlamentində Rusiyanı tənqid edən Angela Merkel Ukrayna böhranının həllinə vaxt tələb ediləcəyini bildirib.

"Rusiyanın Luhansk və Donetskdəki döyüşlərdə bilavasitə və yaxud da dolayısı ilə iştirakına heç nə bəraət qazandıra bilməz”, - Almaniya kansleri deyib.

“Rusiyanın hərəkətləri Avropada əminamanlıq şəraitini sual altına alır və beynəxalq hüquqa ziddir”.

Rusiya Ukrayna böhranında iştirak etmədiyini bildirir.

Moskva şərqi Ukraynada qoşun və hərbi texnikaya malik olduğu barədə məlumatları təkzib edir.