AYİB: Sanksiyalar Rusiyada süqut və inflasiyanın artımına səbəb olacaq

Şəklin mənbəyi, Getty
Avropa Yenidənqurma və İnkişaf Bankının(AYİB) məlumatına görə, Rusiyaya qarşı Avropa İttifaqı tərəfindən sanksiyaların sentyabrda elan olunan roundu Rusiya üçün, xüsusilə Moskva üçün ağrılı olacaq, belə ki, bu Rusiya iqtisadiyyatının əsasənı təşkil edən neft sahəsinə təsir edir.
Bu nəticə AYİB-nın yayımladığı Avropa ölkələri və Mərkəzi Asiya iqtisadiyyatının artımını göstərən, Rusiya və ukrayna iqtisadiyyatına xüsusi diqqət yetirilən proqnozdan hasil olur.
AYİB-in proqnozlarına görə, Rusiya iqtisadiyyatını sükut gözləyir. Müqayisə üçün mayda AYİB Rusiya iqtisadiyyatının gələn ildə 0,6 faiz artacağını proqnozlaşdırırdı.
Qərbin sanksiyaları şirkətlərin dünya bazarlarının maliyyəsinə girişini və mütəmadi investisiyaların həcmini azaldaraq məhdudlaşdırmaqla rus biznesinə ağır zərbə vuracaq.
Həmçinin Rusiya iqtisadiyyatına Moskvanın Qərbə qarşı ərzaq sanksiyaları da zərər verə bilər.
AYİB-nin hesablamalarına görə, sanksiyalara görə ölkədə inflasiyanın səviyyəsi 0,1 faizdən 0,2 faizədək arta bilər.
Qərb şirkətləri üçün Rusiya ərazisi üzərindən uçuşlara mümkün qadağa Rusiya iqtisadiyyatı ilə yanaşı Qərb iqtisadiyyatına da təsir edəcək, hesabatda deyilir.
Bu cür tədbir "Aeroflot" şirkətinə illik 300 milyon dollar zərər verə bilər. Eyni zamanda Avropa şirkətləri daha uzun marşrutlar seçməli olacaqlar. Bu da aviabiletlərin qiymətinin kəskin sıçrayışla artımına gətirib çıxara bilər.
























