Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları qüvvəyə minib

Şəklin mənbəyi, AFP
Ukrayna böhranı ilə əlaqədər Avropa İttifaqının Moskvaya qarşı daha əvvəl elan edilmiş sanksiyaları qüvvəyə minib. Rusiya cavab addımların atılacağını bildirir.
Sanksiyalar viza yasaqlarını və Rusiyanın hərbi və neft sektoru ilə biznes əlaqələrin məhdudlaşdırlmasını nəzərdə tutur.
Moskva cavab sanksiyaların nəzərdən keçirildiyini bildirib.
Yüksək rütbəli Rusiya rəsmilərindən biri Avropadan avtomobil idxalının dayandırıla biləcəyini qeyd edib.
Əsas məqsəd Ukraynadakı roluna görə Rusiyanı təzyiq altında saxlamaqdır.
Sanksiyalar altına düşən daha 24 Rusiya rəsmisi və üsyançı liderinin adı viza və maliyyə məhdudiyyətlərini nəzərdə tutan Avropa İttifaqının qara siyahısına salınıb.
Beləliklə siyahıdakı adların sayı 119-a çatıb.
Lakin Ukraynadakı atəşkəsə əməl olunarsa sanksiyalar ya yumşaldıla ya da ki tamamilə ləğv edilər bilər, Aİ rəsmiləri qeyd edirlər.
Avropa İttifaqını dəstəkləyən ABŞ cümə günü Rusiyaya qarşı öz sanksiyalarını elan edəcək.

Şəklin mənbəyi, BBC World Service
NATO Ukrayna şərqində yaxşı silahlanmış 1 minə yaxın rus əsgərinin qaldığını bildirir.
Rusiya Ukraynada hərbi qüvvəyə malik olduğu barədə ittihamları rədd edib.
Ukraynanın şərqindəki münaqişə nəticəsində 3000-dən çox adam həlak olub.























