Ukrayna Putinlə "barışıq əldə edib"

Şəklin mənbəyi, AFP
Ukrayna prezidenti Petro Poroşenko deyir ki, o, telefon vasitəsilə Rusiya prezidenti Vladimir Putinlə ölkənin şərqindəki üsyançılarla "daimi atəşkəs" barədə razılığa gəlib.
"Onların söhbəti nəticəsində Donbas regionunda [Donetsk və Luhansk regionları] daimi atəşkəs barədə razılıq əldə olunub", onun ofisi bildirib. "Onlar sülhə aparan addımlar barədə qarşılıqlı anlaşmaya gəliblər".
Kreml bildirib ki, cənab Putin atəşkəsə razılıq verməyib çünki Rusiya münaqişədə tərəf deyil.
Hazırda Estoniyaya səfərdə olan ABŞ prezidenti Barack Obama paytaxt Tallində NATO-nun Şərqi Avropalı üzv ölkələrinə həmrəyliyini bildirib.
Cənab Obama Estoniya prezidenti Toomas Henrdik Ilves və Latviya və Litva prezidentləri ilə görüşür.
Müxbirlər deyirlər ki, NATO-ya 2004-cü ildə qoşulan bu üç ölkə Rusiyanın Ukraynaya müdaxiləsinə görə narahatdır.
Növbəti günlərdə cənab Obamanın iştirak edəcəyi NATO samitində gözlənilir ki, 48 saat ərzində göndərilə bilən sürətli qarşılıq qüvvəti barədə planlar dəstəklənəcək.

Şəklin mənbəyi,
Bu yaxınlarda NATO Şərqi Avropalı üzv dövlətlərini Rusiyanın mümkün təcavüzündən qorumaq üçün planlarını açıqlayıb.
Rusiya isə deyib ki, "NATO infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşmasına" cavab olaraq hərbi doktrinasını dəyişəcək.
Eyni zamanda Rossiya Segodnya (RİA Novosti) xəbər agentliyi bəyan edib ki, avqustun 5-dən itkin düşən fotomüxbiri <link type="page"><caption> Andrey Stenin şərqi Ukraynada həlak olub</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2014/09/140903_correspondent_died_ria_novosti.shtml" platform="highweb"/></link>.
Agentliyin direktorunun sözlərinə görə, fotomüxbir hələ bir ay öncə redaksiya tapşırığını yerinə yeritmək məqsədilə getdiyi yolda maşında ölüb. Avtomobil Donetsk yaxınlığında şosse yolunda atəşə tutulub və yanıb.
























