Obama İraqa daha 350 hərbçi göndərir

Şəklin mənbəyi, Reuters
ABŞ prezidenti Barack Obama diplomatik obyektləri və Bağdaddakı amerikalı işçiləri qorumaq üçün İraqa 350 hərbçi göndərir.
Bununla da, İraqdakı ABŞ əsgərlərinin sayı 820-ə qədər artacaq.
Cənab Obama həmçinin dövlət katibi John Kerry və Ağ Ev rəhbəri John Kirby-ə tezliklə Yaxın Şərqə İslam Dövlətindən (İD) olan cihadçı-döyüşçülərə qarşı mübarizə aparmaq üçün "regionda əməkdaşlığın möhkəmləndirilməsi" məqsədilə səfər etməyi tapşırıb.
İraqda vəziyyət son aylar daha da pisləşib. İD qruplaşmasından olan radikallar və onlara loyal sünni döyüşçülər İraqın şimalı və qərbində nəzarəti ələ keçirib.
Minlərlə iraqlı həyatını itirib, onlardan çoxu mülki əhali olub. Milyondan çox insan evlərini tərk edərək qaçqış həyatı yaşayır.




















