Rusiyada müharibə əleyhinə nümayişlərdə yüzlərlə insan həbs edilib

Rusiya Daxili İşlər Nazirliyinə istinadən Interfax bu gün Rusiya boyu keçirilmiş müharibə əleyhinə etiraz aksiyalarında iştirak edənlərdən 3500 nəfərin saxlandığını bildirib.
Məlumata görə, bazar günü Moskvada keçirilmiş etiraz aksiyalarında 2500 insan iştirak edib, polis tərəfindən 1700 nəfər saxlanılıb.
Sankt-Peterburq şəhərində keçirilmiş etiraz aksiyalarında 1500 nəfər iştirak edib, 750 etirazçı saxlanılııb.
Ölkənin qalan hissəsində keçirilmiş etiraz aksiyalarında ümumilikdə 1200 nəfər iştirak edib, onlardan 1061 nəfəri saxlanılıb.
Saxlanılanlar yerli polis şöbələrinə aparılıb, "onların məsuliyyətə cəlb edilməsi məsələlərinə baxılır", Interfax-ın məlumatında deyilib.
OVD-Info monitorinq qrupunun məlumatına görə, həbsdə olan müxalifətçi Aleksey Navalnının rusiyalılara ünvanlanan Ukraynadakı müharibəyə etiraz etmək çağırışından sonra Rusiyanın 21 şəhərində müharibə əleyhinə aksiyalar keçirilib.
OVD-Info monitorinq qrupu yerli media mənbələrinə istinadən bildirib ki, Sibirin Novosibirsk şəhərində 200-dən çox adam saxlanılıb.
Aleksey Navalnı Moskva və Sankt-Peterburq da daxil, Rusiya şəhərlərinin əsas meydanlarında yerli vaxtla saat 14:00-da insanları nümayişə çıxmağa çağırıb.


Rusiyada hökumət əleyhinə nümayişlərdə kütləvi həbslər və saxlanmalar adi hala çevrilib.
OVD-Info bildirir ki, 11 gün əvvəl Ukraynada müharibə başlayandan bəri Rusiyada azı 10946 etirazçı saxlanılıb və ya həbs edilib.
Bazar günü Rusiayda baş tutan etiraz aksiyaları ötən gün dünya boyu keçirilmiş Rusiyanın Ukraynaya hücumuna etiraz nümayişlərindən sonra keçirilir.
- Ukraynadan çıxmaq istəyən azərbaycanlı: “Oğlumu buraxmadılar, ona görə qatara minə bilmədim”
- Rusiyanın hərbi gücü nə qədərdir?
- Rusiyanın neçə nüvə silahı var və ondan qorxmaq lazımdırmı?
- Volodimir Zelenski: aktyorluqdan prezidentliyə yüksəlmiş Ukrayna lideri kimdir?
- Rusiyanın Ukraynayla müharibəsi: bundan sonra nə olacaq, NATO hansı addımları atacaq?
- Bombalanan Xarkovda və Xersonda qalan azərbaycanlılar: "Dəhşət içində yaşayırıq"
- Volodimir Zelenskinin əsas rolu və Putinin psixi durumu: dünya KİV-ləri Rusiya-Ukrayna müharibəsinin ilk günləri haqqında
- Rusiyanın xaric edilməsi istənən SWIFT sistemi nədir?




























