İyun istiləri: Azərbaycandan tutmuş Kanadayadək - şəkillərdə

Şəklin mənbəyi, UEFA/Getty images

Azərbaycandan tutmuş Kanadayadək dünyanın müxtəlif yerlərində isti havalar hökm sürür. Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib ki, ilin ilk isti dalğası yaşansa da, qarşıdan daha isti iyul və avqust ayları gəlir.

Şimali Amerika və Avrasiyanın bəzi bölgələrində anomal istilər rekord dərəcəyə çatıb.

Kanadanın qərbindəki Lytton şəhərində istilər 84 illik rekordu yeniləyib. Ötən həftə sonu burada 46.6C istilər qeydə alıb.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Lytton-un da yerləşdiyi Britaniya Kolumbiyasındakı Vancouver şəhərinin sakini duşun altında sərinlənir

İstilər Kanadanın cənubundakı ABŞ ştatlarında da yaşanır.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Seattle şəhərində insanlar su hövzələrinə axışıb

ABŞ Milli Hava Xidməti yeni rekordlar təsis edən isti hava dalğasını "tarixi" kimi səciyyələndirir.

Oreqon ştatı kondisionerli məkanlara və hovuzlara girişi asanlaşdırmaq üçün bəzi koronavirus məhdudiyyətləri yumşaldılıb.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, ABŞ-ın şimal-şərgındəki Portland şəhərində insanlar kondisionerlər qurulmuş qapalı məkanlarda dincəlirlər

Şəklin mənbəyi, Getty Images

Ötən bazar günü, Moskva da daxil Rusiya boyunca hökm sürən istilər, sinoptiklərin fikrincə, bu həftənin sonuna qədər davam edəcək.

Moskvada istilər 120 illik rekordu yeniləyib.

Şəklin mənbəyi, TASS/Getty images

Şəklin alt yazısı, Moskvadakı Şimali Tuşino çimərliyində qələbəlik

Sosial mediada yayılan şəkillərdə insanların, hovuz, çay və göl sahillərinə üz tutduğunu görmək olar.

Şəklin mənbəyi, TASS/Getty images

Şəklin alt yazısı, Moskvada koronavirusla bağlı parklardakı oyun meydançaları bağlansa da, fəvvarələrdə sərinlənən uşaqlara maneə törədilmir

Şəklin mənbəyi, TASS/Getty images

Şəklin alt yazısı, Çuvaşıstan paytaxtı Çeboksarı şəhərinin mərkəzində sərinlənən uşaqlar

İstilər həmçinin bəzi Baltikyanı və Şərqi Avropa ölkələrində elektrik enerjisinin dəyərinin artmasına səbəb olub.

Bu barədə Litvanın energetika şəbəkəsini idarə edən Litgrid şirkəti bildirir.

İsti havaların yayılması səbəbindən keçən həftə iş günlərinin azalmasına baxmayaraq, istehlak artıb və bütün Baltikyanı bölgədə qiymətlər 12 faizədək yüksəlib, şirkətin saytındakı məlumatda deyilir.