You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Bakıda "Quru sərhədləri bağlama" şüarı ilə etiraz aksiyası keçirilib
Video açılmasa, YouTube-da izləyin.
Bakıda Müsavat partiyasının üzvü Tofiq Yaqublunun təşkilatçılığı ilə bəzi müxalifət nümayəndələri "Sərhədləri bağlama, xalqı əsir saxlama!" şüarları ilə Nazirlər Kabinetinin qarşısında aksiya keçirməyə cəhd göstərib.
Polis aksiyanın qarşısını alıb. Tofiq Yaqublunun hökumət binasına yaxınlaşmamış polislər tərəfindən ərazidən uzaqlaşdırılıb.
Azərbaycan koronavirus pandemiyasına görə quru sərhədlərini Naxçıvan-Türkiyə istisna olmaqla iki ildən çoxdur ki, bağlı saxlayır. Naxçıvan-Türkiyə sərhədi isə iyulun 1-dən bağlanıb.
Prezident İlham Əliyev bu yaxınlarda bildirib ki, sərhədlər insanlar xəstələnməsin deyə bağlanıb və koronavirisun ən çox yayılma istiqaməti quru sərhədləridir.
Quru sərhədlərin açılmasını tələb edən aksiya iştirakçıları deyirlər ki, ölkəni təyyarə ilə tərk etmək baha başa gəlir.
Daxili İşlər Nazirliyindən BBC-yə bildirilib ki, razılaşdırılmamış aksiyada saxlanan olmayıb, sadəcə, aksiyanın təşkilatçıları ərazidən uzaqlaşdırılıb.
Videonu BBC üçün Əminə Məmmədova çəkib.